Logo

Bu gün şəhidimizin doğum günüdür - Foto

Bu gün şəhidimizin doğum günüdür - Foto
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Bu gün Qarabağ döyüşlərində şəhid olan Təbriz Bəxtiyar oğlu Həsənovun doğum günüdür.

Sfera.az xəbər verir ki, Təbriz  Həsənov 1996-cı il yanvarın 27-si Hacıqabul rayonu Qızılburun kəndində anadan olub. 1998-ci ilin yanvar ayında ailəsi Bakı şəhəri Qaradağ rayonu Ələt qəsəbəsinə köçdüyü üçün Təbriz bu qəsəbədəki Seyfulla Məmmədov adına 110 saylı tam orta məktəbdə təhsil alıb.

2011-ci ildə Bakı şəhəri Neft və Energetika Kollecinə qəbul olub. 2015-ci ildə kolleci bitirəndən sonra həqiqi hərbi xidmətə çağırılıb.

2016-cı ilin mart ayında kiçik çavuş rütbəsi alan Təbriz aprel ayının 2-sindən 6-na kimi Ağdam ətrafında gedən qızğın döyüşlərdə iştirak edib. Lələtəpə uğrunda gedən döyüşlərdə fəallıq göstərib.

Aprel ayının 22-si Ağdam rayonunun Çəmənli kəndində gedən döyüşlərdə şəhid olub. Nəşi Ələt qəsəbəsindəki Şəhidlər Xiyabanında dəfn olunub.

Allah rəhmət eləsin!

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR