Logo

Zaur Hüseynov müşavirinə yüksək vəzifə verdi

Zaur Hüseynov müşavirinə yüksək vəzifə verdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynov tikinti departamentinin rəisi Şaiq Eyyubovu vəzifəsindən azad edib.

Zaur Hüseynov Şaiq Veyis oğlu Eyyubovu  pensiya yaşına çatdığına görə, tutduğu vəzifəsindən azad olunması ilə bağlı əmr imzalayıb. Ş.Eyyubovun yerinə isə bir neçə ildir QSC sədrinin tikinti üzrə müşaviri vəzifəsində çalışan Məzahir Nəbiyev təyin edilib.

Təyinat xəbərini "Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov təsdiqləyib.

Qeyd edək ki, Şaiq Veyis oğlu Eyyubov  uzun illər «Azərsənayetikinti» Dövlət Şirkətinin prezidenti vəzifəsində çalışıb. 8.11.2018-ci il tarixində Azərbaycan Prezidenti İlham Əliyev Şaiq Eyyubova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Sərəncam da imzalamışdı.unikal

Zaur Hüseynov müşavirinə yüksək vəzifə verdi

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR