Logo

“Borçalıda Mübariz İbrahimova heykəl qoyulsun” – Təklif

“Borçalıda Mübariz İbrahimova heykəl qoyulsun” – Təklif
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Gürcüstanın Axalkalaki rayonunun Buqaşen kəndində Azərbaycana qarşı soyqırımda və ərazilərin işğalında iştirak etmiş erməniyə abidə ucaldılması indiki Gürcüstan hakimiyyətinin siyasi səhvidir”.

Bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, bu abidə Gürcüstan hökumətinin razılığı olmadan ucaldıla bilməz:

"Gürcü hakimiyyəti bununla ölkə ərazilərində etnik qarşıdurmanı dərinləşdirə bilər. Bu, Gürcüstanın özünə qarşı da təxribatdır. Ermənilər bu ölkənin gələcəyinə mina yerləşdirirlər.

Digər yandan, söhbət qəhrəmanlıqdan gedirsə, Borçalıda Mübariz İbrahimovun heykəli ucaldılsın.

Məlumdur ki, Gürcüstan separatism sayəsində öz ərazilərinin bir hissəsini itirib. Buna görə də, belə bir yanaşmanı ortaya qoymaqla, yeni separatçı dalğanın yayılmasına yol açır”.

Məhəmməd Əsədullazadə qeyd edib ki, Gürcüstanda yaşayan ermənilər həmişə bu bölgədə separatçılıqla məşğul olublar: "Təəssüf ki, Gürcüstanın yeni rəhbərliyinin yanlış siyasəti nəticəsində ölkə ərazilərində etnik qarşıdurma alovlana bilər. Gürcüstanın bu yanaşması regionda xalqlar arasında sülhə deyil, problemlərə yol açır”.

Qeyd edək ki, rəsmi Bakı Gürcüstanın Buqaşen qəsəbəsində Axalkalaki bələdiyyəsi tərəfindən Azərbaycan ərazilərinin işğalında iştirak etmiş Mixail Avaqyanın büstünün qoyulması ilə bağlı Gürcüstan tərəfinə etirazını bildirib.Teleqraf.com

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR