“Ərim dedi ki, “bu qız mənim olmalıdır”” - Rəqsanə

“Ərim dedi ki, “bu qız mənim olmalıdır”” -  Rəqsanə

Müğənni Rəqsanə İsmayılova həyat yoldaşı İlham bəydən danışıb. 

Sfera.az xəbər verir ki, axşam.az-a açıqlama verən sənətçi ona sevgisini etiraf edib: 

“Həyatda çox çətinliklər görmüşəm. Salon açdım, veriliş yaratdım, nə qədər insana maaş verirəm. İndi restoran açıram. Çox özəl, fərqli bir yerdir. Dəbdəbədən, zər-zibadan uzaqdır. Rahat, sakit ab-havadadır. Bütün günümü ora sərf edəcəyəm. Hər müğənniyə Allah şans vermir ki, 40-50 yaşında sevilsin. İndi 36 yaşım var, sevilirəm. Bəlkə 5 ildən sonra məni sevən olmayacaq. Ailəm var, onlara gələcək qurmalıyam. İstəyirəm kiçik də olsa, bizneslər yaradım. Ondan sonra da klinika açmağı planlaşdırıram. İstəyirəm doğum evi açım. Hər dəfə orada uşaq dünyaya gələndə, mən sevincimdən uçacağam. Buna görə böyük vəsait lazımdır. Həyat yoldaşıma demişəm. Bilir ki, xanımlarla çalışmağı sevirəm. Qorxuram biznesləri yaradandan sonra məni oxumağa qoymasın. Deyəcək pulun var da (gülür). Yoldaşım müasirdir, geyimimə, sənətimə qarışmır, əksinə dəstək olur. Mənimlə fəxr edir. O məni çox istəyir. Deyir, sən güclü qadınsan. Həyat yoldaşım məni ən çətin günlərimdə qəbul edib. O günümdə, o vəziyyətimdə məni istəyib. Böyük ürəyi var”. 

R.İsmayılova həyat yoldaşı ilə necə tanış olduqlarından da bəhs edib: 

“O, məni illər əvvəl tanıyıb. Həmin vaxtlar ailəli olub. Sonra yoldaşından ayrılan ərəfədə məni məclisdə görüb. Deyib, “Bu qız mənim olmalıdır”. Altı ay nişanlı qız-oğlan kimi yaşamışıq. Hər gün mənə güllər göndərir, şam yeməyinə dəvət edirdi. Sonra dedi ki, evlənək. İnsanlar müğənniləri başqa cür düşünürlər: siqaret çəkən, içki içən. Mən bunlardan uzağam. Mən həyatımda siqaret, içki nədir, qəbul etməmişəm. Yoldaşım da mənə dedi ki, necə yəni, sən də azərbaycanlı müğənnisən, bunlardan uzaqsan? Düzü, heç vaxt sənətçilərimiz arasında elələrini görməmişəm. Edənə də pis baxmıram. O qədər dərdimiz, problemimiz var ki, ən acı təmbəki belə onu unutdurmaz. Müğənniləri qınamayın. Nə qədər gülsək də, problemimiz çoxdur. Biz dəbdəbəli həyat yaşamağa öyrəşmişik. Çətinlik görəndə depressiyaya düşürük, özümüzə qapanırıq. Xoşlayırıq ki, bizdən danışılsın. Amma eyni zamanda sadəliyi də sevirəm. İstəyirəm hərdən bazara girib alış-veriş edim. Restoranı ona görə açıram ki, orada yeməklər hazırlayım. Gözəl əl qabiliyyətim var. Hamımız o dünyaya gedəcəyik. Deməyəcəklər ki, bu müğənnidir, bu adi adam. Yıxılsam da, ayağa durmağı bacarıram. Çox çətinliklər gördüm. Qudurmadım. Bəzi sənət dostlarım var ki, tanınandan sonra dəyişiblər. Mən xalqımı sevən qızam. Məni toylarına aparıb pul veriblər. O pulla borclarımı qaytarıb, balalarımı böyütmüşəm. Elə həddə gəlmişdim ki, yaşamaq istəmirdim. Çətin günümdə bir sənət dostum mənə zəng vurmadı. İndi hamının dostuyam, bayramlarda yada salırlar. Moskva toylarım çoxalandan sonra hamısı məni çox istədi (gülür). Qalmaqallardan uzağam. Başımı aşağı salıb işləyirəm”. 

Müğənni həyat yoldaşının Bakıya tez-tez gəldiyini də bildirib: 

“Həftənin şənbə günü gəlir, bazar ertəsi isə qayıdır. Bəzən mən onun yanına gedirəm. Biznesi Almaniyadadır, orada yaşayır. Çox dadlı yeməklər hazırlayır. Bəzən elə maraqlı xörək hazırlayıb, masaya gətirir ki, Aysun, biz təəccüb qalırıq”.


OXŞAR XƏBƏRLƏR

Kruiz səyahət üçün hər şeyini satdı: Gəmidən qovuldu

Amerikalı Cenni Feniks üç illik 350.000 dollarlıq səyahətə çıxmaq üçün demək olar ki, əlində-ovcunda olan hər şeyini satıb. Lakin sonda o, “Villa Vie Odys...

"Stressə spirtlə qalib gəlməyin, əks halda..." - Həkimdən XƏBƏRDARLIQ

Stressi spirtlə aradan qaldırsanız, beyin özü onu təhrik etməyə başlayacaq.   Sfera.az xəbər verir ki, bunu psixiatr, narkoloq, psixoterapevt Sergey ...

12 yaşlı uşaq atasının həyatını xilas etmək üçün 200 kiloqramlıq ayını vurub - FOTO

ABŞ-da 12 yaşlı Owen (Ouen) Beyerman ov edərkən atası Rayanı 200 kiloqramlıq nəhəng ayının hücumundan xilas edib.   Sfera.az bildirir ki, Ouen Beyerm...

Turist qız cənnət adasında 2 ay pulsuz yaşayıb - FOTOLAR

27 yaşlı Alman Sirirat Nensewicz Avstraliyanın Kvinslend sahillərində 18 hektarlıq Balqabaq adasında iki ay yaşayıb. Avstraliyaya təyyarə bileti üçün pul yığmaq...

Mamontların nəsli buna görə kəsilibmiş... - TƏDQİQAT

Rusiya, İsrail və İtaliyadan olan kimyaçılar və zooloqlar qrupu yunlu mamontların nəsli kəsilməsinin səbəblərindən birinin allergiya olduğuna dair sübutlar tapı...

Bu avtobusun yolu dəyişdirilir

Paytaxt yollarında aparılan təmir işləri ilə əlaqədar sentyabrın 19-dan Süleyman Əhmədov küçəsinin 8 Noyabr prospekti ilə birləşən hissəsində nəqliyyat vasitələ...