Logo

Bu da Rəsulzadənin yeni barelyefi - FOTO

Bu da Rəsulzadənin yeni barelyefi - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Yanvarın 15-də Azərbaycanın görkəmli dövlət xadimi, Xalq Cümhuriyyətinin əsas liderlərindən biri Məhəmməd Əmin Rəsulzadənin Bakının Novxanı kəndində doğulub, boya-başa çatdığı evin qarşısındakı oğurlanan barelyefinin yerinə yeni lövhə vurulub.

Sfera.az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat paylaşılıb.

Qeyd edək ki, cinayəti törətməkdə şübhəli bilinənlərdən 2 nəfəri saxlanılıb, digərlərinin tutulması istiqamətində tədbirlər davam etdirilir.

Araşdırma zamanı barelyefi oğurlayan şəxslərin onu hissələrə ayıraraq paytaxtın Binəqədi rayonu və Sumqayıt şəhərində yerləşən metal qəbulu məntəqələrinə satdıqları məlum olub.

Bu da Rəsulzadənin yeni barelyefi - FOTO

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR