Bakıda rəis oğlunun yaxtasının oğurlanması - VİDEO

Bakıda rəis oğlunun yaxtasının oğurlanması -  VİDEO

Aydın Bəşirovun dövlətə məxsus “Vətən” gəmisini necə özəlləşdirməsi məsələsi gündəmə gəlib.

Bakı buxtasında Xəzər Dəniz Gəmiçilik idarəsinin keçmiş rəisi Aydın Bəşirovun ailəsinə məxsus yaxtanın yoxa çıxması məsələsinə aydınlıq gəlib.


ANS TV-nin məlumatına görə, bəlli olub ki, yaxtanı kimsə oğurlamayıb. Amma bir neçə gün əvvəl Füzuli Abdullayev adlı şəxs Bakı buxtasındakı “Yaxt-klub”da lövbər salan 65 metrlik yaxtasının oğurlanması ilə bağlı polisə şikayət edib. 

Araşdırmalar zamanı isə əslində yaxtanın oğurlanmadığı aşkara çıxdı. Ortaya çıxan daha bir maraqlı fakt isə oğurlandığı iddia olunan gəminin Aydın Bəşirovun oğluna məxsus olması idi. Deməli, Aydın Bəşirov Xəzər Dəniz Gəmiçilik idarəsinə rəhbərlik etdiyi vaxtlarda, Bakıdan İranın Ənzəli limanı marşurutu üzrə hərəkət edən “Vətən” adlı gəmini oğlunun adına özəlləşdirib.

Oğlu isə özləlləşdirilən dövlət əmlakını yaxta kimi yenidən qurdurub. 

Bu məlumatları Xəzər Dəniz Gəmiçilik İdarəsində də təsdiqləyirlər. Düzdür yaxtanın sahibinin soyadı Bəşirov olmasa da, keçmiş rəis Fizuli adlı şəxsin oğlu olduğunu bəyan edib.

Necə olur ki, bir məmur övladı dövlət əmlakını özəlləşdirir və onun saxlanılmasına küllü miqdarda vəsait sərf edir. Axı yaxtanın saxlanılma xərcləri az deyil.


Nəzərə alsaq ki, Aydın Bəşirovun məmur işlədiyi zaman dövlətdən alğdığı məvacib 1500-2000 manat arasında olub. Bəs bununla yaxtanı necə saxlamaq olar. Elə bu zaman ortaya çoxlu suallar çıxır.

“Məmurların, eləcə də dövlət qulluqçuların əmək haqları, onların böyük məbləğdə və bahalı dövlət əmlakının özəlləşdirməsinə imkan vermir. Əgər aldığı həmin əmək haqqı ilə məmur yaşıyıbsa və işləyibsə, həmin məmurun həmin əmlakı almaqla bağlı ödəniş etmək imkanı yoxdur. Amma təəssüflər olsun ki, məmurlar və onların övladları bahalı dövlət əmlakını ona görə alırlar ki, həmin qurumlarda korrupsiya halları baş verir”, - deyə iqtisadçı-ekspert Vüqar Bayramov bildirib. 

Baxmayaraq ki, prezident İlham Əliyev müşavirələrində dəfələrlə məmurların, onların övladlarının qeyri-qanuni əməllərini tənqid edib.

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Azərbaycan, Qazaxıstan və Özbəkistan “Yaşıl Dəhliz Birliyi” müəssisəsi yaradıb

Bu gün Azərbaycan, Qazaxıstan və Özbəkistanın milli elektrik enerjisi şirkətləri arasında “Yaşıl Dəhliz Birliyi” adlı Birgə Müəssisənin Təsis Müqavi...

Prezident SƏRƏNCAM İMZALADI

Prezident İlham Əliyev “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin ləğv edilməsi, bundan irəli gələn məsələlərin tənzimlənməsi haqqında sərəncam imzal...

İlham Əliyev təyyarə qəzası ilə bağlı istintaqın gedişi barədə Tokayevlə fikir mübadiləsi apardı

Prezident İlham Əliyev Qazaxıstanın Prezidenti Kasım-Jomart Tokayevlə təyyarə qəzası ilə bağlı istintaq prosesini müzakirə edib.   Sfera.az xəbər ver...

Yaralıların qohumları Qazaxıstana yola salınır

“Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus təyyarənin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində xəsarət alanlardan 3 soydaşımızın Qa...

Azərbaycanda bələdiyyələr qrant ala biləcək

Azərbaycanda bələdiyyələrin qrant alması üçün hüquqi əsaslar yaradılması ilə bağlı qanun təsdiqlənib.   Sfera.az xəbər verir ki, Prezident İlham Əliy...

Prezident İlham Əliyev Kasım-Jomart Tokayevə zəng etdi

Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 27-də Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə zəng edib.   Sfera.az xəbər verir ki, bu barədə Prezide...