Qadınların açıq-saçıq geyimi kişilərdə xərçəng yaradır

Qadınların açıq-saçıq geyimi kişilərdə xərçəng yaradır

Azər Qismət 

Avropada qadınların açıq-saçıq geyimi bəzi müzakirələrə səbəb olmaqdadır. Bu istiqamətdə ən çox həkimlər həyacan təbili çalır.Onların fikrincə qadınları soyunduran müasir dəb Avropa sivilizasiyasını depopulyasiyaya aparıb çıxarır.

Həkimlər hesab edir ki, açıq-saçıq geyimlər demokratiya əlaməti sayılsa da, özlüyündə kişilərə zərbə vurur. Belə ki, belə geyimlər ancaq keçid dövründə olan oğlanlar üçün maraqlı və həvəsləndirici sayıla bilər. Yeniyetməlik dövrünü başa vuranların orqanizmində isə bir sıra dəyişikliklər əmələ gəlir. Əvvəlcə onlarda “seksual iyrənmə” yaranır. Daha xəyal qurmağa, gizli fantaziyanı işə salmağa ehtiyac qalmır. Çünki qarşılaşdığı açıq-saçıq geyimli qadınlar o xəyalların qurulmasına imkan vermir: əksər əzalar açıqdadır, burada nə fantaziya?

Akademik Leonid Kitayev-Smık özünün “Stressin psixologiyası” elmi əsərində məsələnin daha faciəvi olmasını qabardır. Onun fikrincə qadınların açıq-saçıq geyinməsi əvvəlcə kişilərin prostatında xoşxassəli şiş, daha sonra xərçəng əmələ gətirir.

Avropadakı müzakirələrin yekun qərarı bundan ibarətdir ki, dəb dünyasında dəyişikliklər etməyin vaxtı gəlib çatıb. Belə düşünülür ki, klassik, ənənəvi dəbə qayıtmaq lazımdır. Bununla da qadınlardakı gözəllik və sağlamlığın optimal uzlaşmasını bərpa etmək olar. Hazırkı fizioloji prosesi daha aydın göstərmək üçün Leonid Kitayev-Smık heyvanların həyatından misal da çəkir.

Heyvanat aləmində dişi həvəsə gələndə erkəklərin arasından ən yaxşısını çeçir. Elə erkək seçir ki, o nəsil artırma qabiliyyətində olsun. Digərlərini isə rədd edir. Amma digərləri də zəif deyil, buna həvəsləri var, sadəcə nəsil artımına bacarıqları çatmır. Freyd belə zəiflərə yanaşmada “sublimasiya”nı qeyd edir. Zəif erkək öz istedadını yaradıcılığa yönəltsə, daha böyük uğurlara imza atar. Bəs, rədd edilən erkək heyvanlarda nə vaş verir? Onlar öz istəklərini reallaşdıra bilmir, nəticədə prostatda xoşxassəli şiş yaranır.

Xoşxassəli şişin yaranması cinsi istək həvəsini sona çatdırmasa da, nəsil artımağa öz töhfəsini verə bilmir.

Alimlər hesab edir ki, indi bu proses insanlarda da baş verir. Ümümdünya Səhiyyə Təşkilatı həyacan təbili çalır. Necə olur ki, inkişaf etmiş Avropa ölkələrinin kişilərinin həkimlərə ən çox müraciəti prostatda adenoma ilə bağlıdır? Fahişəliyin leqallaşdırıldığı və azad seksin mövcud olduğu belə ölkələrdə nədən kişilər sözügedən xəstəlikdən əziyyət çəkirlər? Bunun səbəblərindən biri də qadınların açıq-saçıq geyimi, kişilərə məxsus hərəkətləridir. Kişi siqaret çəkən, spirtli içki içən qadını öz tay-tuşu bilir. Get-gedə alt şüura yerləşdirilir ki, “bu qadın deyil, bizlərdəndir”. Burada gözün öyrəşməsi məsələsi də əsas rol oynayır. Çimərliyə gedən kişinin 15-20 dəqiqədən sonra daha qadınlara baxmayıb pivə içib öz aləmində olması kimi.

Son onillikdə Avropada prostat adenoması epidemiya halını alıb. Artıq 21-ci əsrin əvvəlində Avropanın orta yaş dövrünün kişilərinin 40 faizində belə adenoma müşahidə edilib. ABŞ-ın pataloqoanatomlarının apardığı araşdırmalardan sonra məlum olub ki, ölkə əhalisinin 55-60 yaşlı kişilərinin 80 faizi prostat xərçəngindən ölüb. Niyə? Mütəxəssislərin izahatına görə burada əsas rollardan birini qadınların açıq-saçıq geyimi oynayır. Onlar hesab edir ki, açıq-saçıq geyimlərə görə gün ərzində kişilərin alt şüuruna 150-200 dəfə “seksual siqnal” ötürülür. Kişi əksər hallarda bunu hiss etmir. Buna kino dilində “Fişer effekti” deyilir. Yəni, siqnal ötürülür, amma sən bunu hiss etmirsən. Nəticədə, kişilərdə özündən asılı olmadan prostat adenoması və toxumların faizinin aşağı düşməsi baş verir. Tez-tez cinsi həvəsə düşən, lakin bunu reallaşdıra bilməyən kişilərdə get-gedə qadına həvəssiz münasibət yaranır. 21-ci əsrin qadınının çılpaq əzaları nəsil artımının qarşısını almaqla yanaşı, bibaşa ölümcül xəstəliklərə gətirib çıxarır.

P.S. Mən yalnız faktları yazdım.

P.P.S. Yeri gəlmişkən, isti havada açıq-saçıq geyim günəşlə insan dərisi arasında məsafəni daha da azaldır. İnsan daha çox tərləyir və günəşin şüasi dəri xərçənginə zəmin yaradır. Geyim isə günəşlə dəri arasında ara məsafəsi yaratmaqla nisbi sərinlik əmələ gətirir. Söhbət nazik geyimdən gedir.  //qafqainfo

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Yaralıların qohumları Qazaxıstana yola salınır

“Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus təyyarənin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində xəsarət alanlardan 3 soydaşımızın Qa...

Azərbaycanda bələdiyyələr qrant ala biləcək

Azərbaycanda bələdiyyələrin qrant alması üçün hüquqi əsaslar yaradılması ilə bağlı qanun təsdiqlənib.   Sfera.az xəbər verir ki, Prezident İlham Əliy...

Prezident İlham Əliyev Kasım-Jomart Tokayevə zəng etdi

Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 27-də Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə zəng edib.   Sfera.az xəbər verir ki, bu barədə Prezide...

Unibank jurnalistlər üçün seminar keçirdi - FOTO

Unibank jurnalistlər üçün “Dayanıqlı maliyyə: trend və perspektivlər” mövzusunda seminar keçirib.   Tədbir “Media savadlılığı&rdquo...

Almaniyada prezident parlamenti buraxdı - Növbədənkənar seçki olacaq

Almaniyda koalisiya hökumətinin dağılmasından sonra erkən seçkilərə qərar verilib. Prezident Frank-Valter Ştaynmayer kansler Olaf Şolzun üçtərəfli koalisiyasını...

Ukrayna XİN başçısı Azərbaycana başsağlığı verdi

Ukrayna Xarici işlər naziri Andrii Sybiha AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar Azərbaycana ba...