Arif Alışanovun ən yaxın kadrları işdən azad edildi
Kateqoriya məlum deyil
Arif Alışnovun AzTV-dən uzaqlaşdırılmasından sonra onun ən yaxın kadrları öz postlarından azad edilir.
Sfera.az xəbər verir ki, AzTV-də Arif Alışanovun ən sevimli kadrlarından biri olan AzTV-nin kadr və xüsusi işlərin idarə edilməsi departamentinin rəisi Mansur Bayramov vəzifəsindən azad edilib. AzTV-nin Baş mühəndisi, "Əməkdar mühəndis” Knyaz Mehdiyev də kanaldakı vəzifəsini itirib.
Sədrin texniki məsələlər üzrə müavinləri - Nazim Mürsəlov və Zaur Hüseynzadə də AzTV-dəki işini itirib.
Saytımızın əldə etdiyi məlumata görə yaxın günlərdə AzTV-də geniş islahatlara start veriləcək. Kanalın indiyədək işə gəlməyən işçiləri araşdırılaraq işdən azad ediləcəyi, həmçinin gənc və yaradıcı kollektivin formalaşdırılmasına start veriləcəyi bildirilir.






