İntiharların sayına görə Azərbaycan neçənci yerdədir? - REYTİNQ
Təşkilatın hazırladığı məlumatlara uyğun olaraq, Media.Az postsovet ölkələri arasında hər 100 min nəfərə düşən intiharların sayına görə siyahısını hazırlayıb.
İnformasiya BMT-nin səhiyyə sahəsindəki mütəxəssisləri tərəfindən ÜST-ün "Psixoloji sağlamlıq xəritəsi, 2017-ci il” layihəsi çərçivəsində təqdim edilib.
Məlumatlara görə, postsovet ölkələrindən ən çox intihar halları Litva (hər 100 min nəfərə 31,9) və Rusiyada (31), ən az özünəqəsd halları isə Tacikistan (2,5) və Azərbaycanda (2,6) rast gəlinir.
Ən çox intihar hallarının qeydə alındığı postsovet ölkələri siyahısında Ukrayna (22,4) üçüncü, Latviya (21,2) dördüncü, Estoniya (17,8) beşinci yerləri tutub. Beşinci yerdə Moldova (15,9) qərarlaşıb. Gürcüstan (8,2) və Ermənistan (6,6) isə yeddinci və səkkizinci yerləri bölüşür.
Nəhayət, siyahının son yerlərini Azərbaycan (2,6) və Tacikistan (2,5) tutub.
Material hazırlanan zamanı Belarus, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Özbəkistan siyahıya salınmayıb.
İntiharların sayına görə postsovet ölkələrinin onluğu:
Litva (hər 100 min nəfərə 31,9)
Rusiya (31)
Ukrayna (22,4)
Latviya (21,2)
Estoniya (17,8)
Moldova (15,9)
Gürcüstan (8,2)
Ermənistan (6,6)
Azərbaycan (2,6)
Tacikistan (2,5)






