Bir nəslin layiqli davamçısı: Şəhidimizin doğum günüdür
Elə nəsillər var ki, onlar öz qəhrəmanlığı ilə tarix yazıblar. İgidlik, ərənlik bir nəslin alın yazısına çevrilib. Belə nəsillərdən biri də qədim Göyçə mahalından indiki Göygöl rayonuna köç edən Qasımovlardır. Bu nəslin bir tarix dolu şəcərəsi var. Bu nəslin qəhrəmanları içərisində xalq qəhrəmanı Məşədi Qasımın xüsusi yeri var.
Məşədi Qasım 1863-cü ildə Göyçə mahalının Daşkənd kəndində anadan olub. 1918-ci ildə erməni daşnaklarının hücumlarına qarşı xalqı səfərbər edib. Göyçədən Qarabağa gəlib, laçınlı Sultan bəylə bərabər ermənilərə qarşı döyüşüb. Bir neçə il Sultan bəy tərəfindən onun adına verilmiş Ağdamın Qasımlı kəndində yaşadıqdan sonra 1921-ci ildə Göyçəyə qayıdarkən Şuşada vəfat edib və orada da dəfn olunub.
Onun qəhrəmanlıq dolu həyat yolunu nəvə, nəticəsi davam etdirib. Bu nəslin bütün oğul və qızları vətən üçün canını fəda etməyə hər zaman hazır olub. Qarabağ döyüşləri başlayanda ilk savaşa qatılan və şəhidlik zirvəsinə ucalan Yasif Kərimov Məşədi Qasımın nəvəsi idi.
Məşədin Qasımın nəticəsi Qarabağ döyüşlərində şəhid olan Abbas Qasımov ulu babasını vəziyyətinə əməl edib. Vətən darda olanda silaha sarılıb, vətənin müdafiəsinə yollanıb.
Abbas Qasımov 24 yanvar 1970-ci ildə Samuх rayоnunun Nəbiağalı qəsəbəsində dоğulmuşdur. Atası Talıb Göyçə mahalının Daşkənd kəndindəndir.

Abbas orta məktəbi bitirdikdən sonra Rusiyanın Kamensk şəhərində hərbi xidmətdə olub.
Хanlar rayоn Hərbi Kоmisarlığı tərəfindən 3 yanvar 1992-ci ildə Milli Оrduya göndərilmiş, 701-ci hərbi hissənin avtоmatçısı оlmuşdur.Abbas Qasımov ailəsinin narazılığı olmasına baxmayaraq könüllü olaraq Qarabağ uğrunda gedən döyüşlərə qoşulmuşdur. Yoldaşları arasında "Snayper Abbas" deyə çağırılırmışdır. Sərrast atıcı və minaları təhlükəsizləşdirən hərbçi idi.
5 iyul 1992-ci ildə Ağdərə rayоnunda gedən qızğın döyüşdə ayağından yaralanmasına baxmayaraq geri çəkilməmiş və son damla qanına qədər düşmənlə üz-üzə döyüşmüş və qəhrəmancasına şəhid olmuşdur. Abbas Qasımov Samuх rayоnunun Nəbiağalı qəsəbəsində dəfn еdilmişdir. O, Samux rayonunun ilk şəhididir.
Gülüstanın alınmasında, Ağdərənin Talış, Qırmızıkənd, Maqadis kəndlərində gedən döyüşlərdə Abbas xüsusən fəallıq göstərmişdir.
22 iyul 1992-ci il tariхli «Yеni Samuх» qəzеtində və "Samux şəhidləri" adı altında kitabda "snayper" Abbasın döyüş yоlu haqqında gеniş məlumat vеrilmişdir.
Qoşqar Salmanlı






