publika.az-a açıqlamasında deyib ki, Ayxanla uşaqlıqdan dostdurlar. Bir yerdə böyüdüklərini bildirən fotoqraf fotosessiya qərarını necə verdiklərindən də danışıb:“Ayxanla eyni məhəllədə böyümüşük. Uşaqlıq dostuyuq. Ayxanla olan fotosessiyanı isə fotoqraf dostum Araz Bağırov ilə birgə həyata keçirmişik. İdeya tam olaraq ikimizə aiddir. Ayxan ilə işbirliyim təmənnasızdır. Mən dostumdan qonorar gözləmirəm. Onun qələbələri bəsimizdir".
Fotoqrafın idmançı ilə yaradıcılıq planları, deyəsən, hələ çoxdur. Bunu da o özü deyib:
"Bu, Ayxanla son işimiz olmayacaq. Qarşıda hələ bir sıra fərqli fotosessiyalar etməyi də planlaşdırırıq. Ayxan haqda isə onu deyə bilərəm ki, o, mükəmməl idmançı kimi, həm də mükəmməl dostdur”.

















