Ağır qəza törədən «Range Rover» sürücüsü ilə bağlı ŞOK FAKT - VİDEO

Ağır qəza törədən «Range Rover» sürücüsü ilə bağlı ŞOK FAKT -  VİDEO
Sürücü avtomobili çəkələklə sürdüyü üçün əyləci vaxtında basa bilməyib və gəldiyi sürətlə də «Zapı»nı vurub
Xəbər verildiyi kimi, avqustun 2-də Sabunçu rayonu, Bilgəh-Nardaran yolunda «Lexus», «Range Rover» və «ZAZ» (Zaporojes) markalı minik avtomobillərinin toqquşması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 1959-cu il təvəllüdlü Hüseynov Ağabala Kamil oğluna məxsus «ZAZ» markalı minik avtomobilinin yanar hissələri yanıb və sürücü hadisə yerində ölüb.
Maşında olan iki azyaşlı əkiz bacılar Xədicə və Zəhra Hüseynəli və onların qardaşı 11 yaşlı Hüseyn Hüseynəli, eləcə də digər sərnişin Ziya Zahidov 3 saylı Sabunçu rayon Xəstəxanasına göndəriliblər. Həkimlərin səyinə baxmayaraq Hüseyn Hüseynəlinin həyatını xilas etmək mümkün olmayıb.
Xəstəxanada dünyasını dəyişən 11 yaşlı Hüseyn sürücü A.Hüseynovun nəvəsidir.
Məlumata görə, qəzaya səbəb olan sürücü peşəkar idmançı, taekvondo üzrə beynəlxalq yarışların qalibi Fəqan Umudovdur. O, Taekvando Federasiyasında kurator vəzifəsində çalışır.
Avtosfer.az-ın əldə etdiyi məlumata görə, baş vermiş qəza anbaban təhlükəsizlik kamerasına düşüb. Qəzadan öncə «Zapı»nın sürücüsü sağ zolaqla hərəkət edirmiş. Lakin o, qəflətən manevr edərək orta zolağa keçib və tədricən sol zolağa çıxmaq istəyib. Yüksək sürətlə arxadan gələn «Range Rover» markalı, 90 KX 010 nömrə nişanlı avtomobilin sürücüsü «Zapı»ya siqnal verir, uzaq işıqlarını yandırıb-söndürməklə ondan yol istəyib. Lakin «Zapı» yoldan çəkilməyib. «Range Rover»in sürücüsü sükan arxasında çəkələklə əyləşdiyi üçün bu anda sürəti azaltmağa çalışarkən çəkələk ilişib və o, əyləci basa bilmədiyi üçün gəldiyi sürətlə də arxadan «Zapı»nı vurub. Nəticədə «Zapı» parçalanıb. Maşındakı qadın və bir neçə uşaq yola səpələnib, sürücü isə avtomobildə sıxışıb qalıb. «Zapı» bir anda alışıb yanmağa başladığı üçün ətrafdakı insanlar sürücüyə kömək edə bilməyiblər və o, külə dönüb.
«Range Rover»in sürücüsü avtomobildən düşərkən də onun çəkələk və şortikdə olduğu məlum olub. Fəqan Umudov dənizdən gəlirmiş. Məsələnin maraqlı tərəfi odur ki, «Zapı»nın sürücüsü həmin yolda lüzumsuz olaraq asta sürətlə hərəkət edib, manevr qaydalarını pozub. «Range Rover»in sürücüsü isə sürət həddini ikiqat aşıb.
Baş verən qəzadan sonra Fəqan Umudovun qaçmasına gəlincə, əslində o, qaçmayıb. Bu barədə Taekvando üzrə Gənclərdən ibarət Yığma Komandanın baş məşqçisi, Fəqan Umudovun yaxın dostu Mamed Abdullayev bildirib. Onun sözlərinə görə, əslində Fəqan Umudov avtomobili saatda 200-lə yox, 140-150 km sürətlə sürürmüş. "Bu qəza hamının başına gələ bilər. Qəflətən idarəetməni itirib və qəza baş verib. Hadisə zamanı Fəqan başından ağır yaralanıb. Lakin hadisə yerindən qaçmayıb. Kimliyi barədə polisə məlumat verib və sonradan onu xəstəxanaya aparmışıq. Hadisə barədə xəbər tutan kimi ora ilk mən getdim. Şəxsən özüm onu xəstəxanaya aparmışam. Fəqan məmur övladı deyil. Azərbaycanı tanıdan idmançıdır. Mən həm öz adımdan, həm də federasiya adından qəzada həlak olanların ailələrinə başsağlığı verirəm».
Qeyd edək ki, hadisənin səbəbkarı kimi «Range Rover» markalı, 90 KX 010 nömrə nişanlı avtomobilin sürücüsü Fəqan Umudov göstərilir.
Qəza zamanı ağır xəsarət alanlardan biri, "Lexus" markalı avtomobilin sürücüsü İsgəndər Qasımovun vəziyyətinin ağır olduğu bildirilir. Bu barədə movqe.az-a danışan zərərçəkmiş bu gün onurğa sütünundan əməliyyat olunacağını bildirib. İ.Qasımov xəstəxanada bütün xərcləri özü ödədiyini, indiyədək polisin ondan izahat almadığını söyləyib: "Mənimlə heç kəs maraqlanmır. Hadisəni törədənin yaxınları mənimlə bir dəfə də olsun maraqlanmayıb ki, ölmüsən, qalmısan? Başıma tikiş qoyulub, sabah əməliyyat olunmalıyam. Bütün xərcləri özüm ödəyirəm. Respublika Diaqnostika Mərkəzindəyəm. Nə hadisəni törədənin yaxınları mənimlə maraqlanır, nə də polis".
Sabunçu rayon Polis İdarəsinin müstəntiqi Asəf Məmmədov bildirib ki, faktla bağlı cinayət işi açılıb, hazırda istintaq davam edir: "Yol nəqliyyat hadisəsi zamanı ölən və yaralananlar var. Hadisə zamanı iki nəfər ölüb, 6 nəfər ağır dərəcəli bədən xəsarətləri alıb. Hadisəni törətməkdə şübhəli bilinən sürücünün özünün də vəziyyəti ağırdır, hazırda xəstəxanadadır. Onlar xəstəxanadan çıxdıqdan sonra ifadələri alınacaq. Biz cinayət işini başlatmışıq, zərərçəkənlər məhkəmə tibbi ekspertizasından keçdikdən sonra onların xəsarətlərinin dərəcələri müəyyənləşəcək".
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Kruiz səyahət üçün hər şeyini satdı: Gəmidən qovuldu

Amerikalı Cenni Feniks üç illik 350.000 dollarlıq səyahətə çıxmaq üçün demək olar ki, əlində-ovcunda olan hər şeyini satıb. Lakin sonda o, “Villa Vie Odys...

"Stressə spirtlə qalib gəlməyin, əks halda..." - Həkimdən XƏBƏRDARLIQ

Stressi spirtlə aradan qaldırsanız, beyin özü onu təhrik etməyə başlayacaq.   Sfera.az xəbər verir ki, bunu psixiatr, narkoloq, psixoterapevt Sergey ...

12 yaşlı uşaq atasının həyatını xilas etmək üçün 200 kiloqramlıq ayını vurub - FOTO

ABŞ-da 12 yaşlı Owen (Ouen) Beyerman ov edərkən atası Rayanı 200 kiloqramlıq nəhəng ayının hücumundan xilas edib.   Sfera.az bildirir ki, Ouen Beyerm...

Turist qız cənnət adasında 2 ay pulsuz yaşayıb - FOTOLAR

27 yaşlı Alman Sirirat Nensewicz Avstraliyanın Kvinslend sahillərində 18 hektarlıq Balqabaq adasında iki ay yaşayıb. Avstraliyaya təyyarə bileti üçün pul yığmaq...

Mamontların nəsli buna görə kəsilibmiş... - TƏDQİQAT

Rusiya, İsrail və İtaliyadan olan kimyaçılar və zooloqlar qrupu yunlu mamontların nəsli kəsilməsinin səbəblərindən birinin allergiya olduğuna dair sübutlar tapı...

Bu avtobusun yolu dəyişdirilir

Paytaxt yollarında aparılan təmir işləri ilə əlaqədar sentyabrın 19-dan Süleyman Əhmədov küçəsinin 8 Noyabr prospekti ilə birləşən hissəsində nəqliyyat vasitələ...