Ziya Bünyadov prospekti bağlanır - Sürücülərin nəzərinə

Ziya Bünyadov prospekti bağlanır -  Sürücülərin nəzərinə

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən aparılacaq sınaq və profilaktika işləri ilə əlaqədar Ziya Bünyadov prospektinin bir hissəsində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq.

Sfera.az Axşam.az-dan aldığı  məlumata görə, avqustun 7-də və 9-da Ziya Bünyadov prospekti ilə Əbdülvahab Salamzadə, Alı Mustafayev və Hüseynbala Əliyev küçələrinin kəsişməsində yerləşən “Xutor dairə”sində müxtəlif yol qovşağına aid olan körpüdə aparılacaq sınaq işləri ilə əlaqədar körpü nəqliyyat vasitələrinin hərəkəti üçün tam olaraq bağlanacaq.

Tunellərdə və digər ərazilərdə aparılacaq profilaktik işlərlə əlaqədar isə göstərilən tarixlərdə Ziya Bünyadov prospektinin Əhməd Rəcəbli küçəsi ilə kəsişməsindən “20 Yanvar dairə”si və “Qəbələ dairə”sinə doğru olan istiqamətdə də nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq. Nəqliyyat vasitələrinin hərəkətinə yalnız əsas yolda məhdudiyyət olacaq. Bu istiqamətdə hərəkət yan yollarla təmin ediləcək.

Əks istiqamətdə isə, yəni “20 Yanvar dairə”si və “Qəbələ dairə”sindən “Böyük Şor yol qovşağı”na doğru nəqliyyat vasitələrinin hərəkətində heç bir məhdudiyyət olmayacaq.

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Kruiz səyahət üçün hər şeyini satdı: Gəmidən qovuldu

Amerikalı Cenni Feniks üç illik 350.000 dollarlıq səyahətə çıxmaq üçün demək olar ki, əlində-ovcunda olan hər şeyini satıb. Lakin sonda o, “Villa Vie Odys...

"Stressə spirtlə qalib gəlməyin, əks halda..." - Həkimdən XƏBƏRDARLIQ

Stressi spirtlə aradan qaldırsanız, beyin özü onu təhrik etməyə başlayacaq.   Sfera.az xəbər verir ki, bunu psixiatr, narkoloq, psixoterapevt Sergey ...

12 yaşlı uşaq atasının həyatını xilas etmək üçün 200 kiloqramlıq ayını vurub - FOTO

ABŞ-da 12 yaşlı Owen (Ouen) Beyerman ov edərkən atası Rayanı 200 kiloqramlıq nəhəng ayının hücumundan xilas edib.   Sfera.az bildirir ki, Ouen Beyerm...

Turist qız cənnət adasında 2 ay pulsuz yaşayıb - FOTOLAR

27 yaşlı Alman Sirirat Nensewicz Avstraliyanın Kvinslend sahillərində 18 hektarlıq Balqabaq adasında iki ay yaşayıb. Avstraliyaya təyyarə bileti üçün pul yığmaq...

Mamontların nəsli buna görə kəsilibmiş... - TƏDQİQAT

Rusiya, İsrail və İtaliyadan olan kimyaçılar və zooloqlar qrupu yunlu mamontların nəsli kəsilməsinin səbəblərindən birinin allergiya olduğuna dair sübutlar tapı...

Bu avtobusun yolu dəyişdirilir

Paytaxt yollarında aparılan təmir işləri ilə əlaqədar sentyabrın 19-dan Süleyman Əhmədov küçəsinin 8 Noyabr prospekti ilə birləşən hissəsində nəqliyyat vasitələ...