Çində təhsil almaq istəyənlər üçün ŞANS

Çində təhsil almaq istəyənlər üçün ŞANS
Hökumətlərarası Təqaüd Proqramı (HTP) çərçivəsində Çində təhsil almaq istəyənlər üçün təqaüd proqramı elan edilib.

Təhsil Nazirliyindən Sfera.az-a verilən məlumata görə, təqaüd proqramı Prezidentin 2016-cı il tarixli Fərmanı ilə təsdiqlənmiş "Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Təhsil Nazirliyi arasında 2016-2019-cu illər üçün təhsil sahəsində əməkdaşlıq haqqında Saziş”ə əsasən həyata keçirilir.

Proqram hər iki ölkənin vətəndaşlarına tələbə mübadiləsi əsasında qarşı ölkənin ali məktəblərində arzu etdikləri ixtisas üzrə təhsil almaq imkanı yaradır.

Tədris dili çin dilində olan ixtisaslarda təhsil almaq hüququ qazanacaq tələbələr bir və ya iki il müddətində çin dili üzrə hazırlıq kursu keçməli, ingilis dilli proqramlara müraciət edən şəxslər isə müvafiq dil sertifikatına malik olmalıdır.

Təhsil müddəti ixtisasdan asılı olaraq, dil hazırlığı kursu istisna olmaqla, bakalavriat səviyyəsi üzrə 4-5 il, magistratura səviyyəsi üzrə 2-3 il, doktorantura səviyyəsi üzrə isə 3-4 il arasında dəyişir.

OXŞAR XƏBƏRLƏR

Heydər Əliyevin doğum günüdür - FOTO

Bu gün Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın oğlu Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, 1997-ci...

Qonşu ölkədə xərçəngə qarşı ilk peyvənd BAŞLADI

Rusiya xərçəngə qarşı ilk peyvənd başlayıb.   Sfera.az xəbər verir ki, xərçəngə qarşı ilk peyvəndin eksperimental tətbiqinə başlanır. Bu barədə Rusiy...

Astara gömrüyündə əməliyyat: 103 kilo narkotik...

Astara Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri kompleks əməliyyat - axtarış və gömrük nəzarəti tədbirləri nəticəsində növbəti dəfə külli miqdarda nark...

Boşanmaq istəyən arvadını güllələdi -FOTO

Trabzonda Ali Eren S. arvadının evinə eyvandan girərək onu güllələyərək öldürüb. O, çağırışa gələn mühafizəçini də yaralayıb və hadisə yerindən motosikletlə qaç...

49 yaşlı şəhid atası vəfat etdi - FOTO

  Vətən Müharibəsi şəhidi Ceyhun Gözəlzadənin atası Nazim Gözəlov vəfat edib.   Sfera.az xəbər verir ki, 1976-cı il təvəllüdlü Nazim Göz...

Emin Ağalarov “Qarabağ Azərbaycandır!” deyib Xocavəndə getdi - VİDEO

Məşhur iş adamı və sənətçi Emin Ağalarov Qarabağa səfər edib.   Sfera.az xəbər verir ki, iş adamı Xocavənd rayonunun Tuğ kəndində yerləşən qədim...