Komitə sədrinin qardaşı müavin təyin edildi
00:56 / 06.08.2015
2174
Prezident İlham Əliyev Dursun Ayvaz oğlu Həsənova ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi verilməsi haqqında sərəncam imzalayıb.
Sfera.az report-a istinadən xəbər verir ki, Prezidentin digər sərəncamı ilə Dursun Ayvaz oğlu Həsənov Azərbaycan Respublikasının Gürcüstandakı səfirinin müavini təyin edilib.
Qeyd edək ki, Dursun Həsənov Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənovun qardaşıdır.