Logo

Ermənistanın iki pilotsuz aparatı məhv edildi - FOTOLAR

Ermənistanın iki pilotsuz aparatı məhv edildi - FOTOLAR
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Cəbhənin Ağdam rayonu istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan Silahlı Qüvvələrinə məxsus 2 ədəd "Krunk-25" taktiki pilotsuz uçuş aparatı (PUA) Hava Hücumundan Müdafiə bölmələrimizin sayıqlığı nəticəsində vaxtında aşkar olunaraq atəş nəticəsində məhv edilib. 

Sfera.az-ın Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumatına görə, "Krunk-25" pilotsuz uçuş aparatı taktiki dərinlikdə hava kəşfiyyatı tapşırıqlarını yerinə yetirmək üçün nəzərdə tutulub. Aparat proqramlaşdırılmış avtopilotla, video və fotokameralı avadanlıqla təchiz olunub. PUA yerdən operator tərəfindən idarə olunur.

Uçuş aparatının maksimal uçuş hündürlüyü 5400 metr, qalxma çəkisi 60kq, uzunluğu 3.8 metr, qanadların açılma uzunluğu 5 metr, havada qalma vaxtı 5 saat, uçuş surəti 150 km/file/articles/saatdır.Ermənistanın iki pilotsuz aparatı məhv edildi - FOTOLARErmənistanın iki pilotsuz aparatı məhv edildi - FOTOLARErmənistanın iki pilotsuz aparatı məhv edildi - FOTOLARErmənistanın iki pilotsuz aparatı məhv edildi - FOTOLARErmənistanın iki pilotsuz aparatı məhv edildi - FOTOLAR

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR