Logo

19 yanvar mitinqi – Milli Şuranın alışdığı fiasko, yoxsa...- FOTOLAR

19 yanvar mitinqi – Milli Şuranın alışdığı fiasko, yoxsa...- FOTOLAR
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Yanvarın 19-da Milli Şuranın "Məhsul” stadionunda keçirdiyi mitinq baş tutsa da heç bir özəlliyi ilə diqqət çəkməyib. Hər dəfə olduğu kimi bu dəfə də mitinq xaotikliyi, təşkilatçıların zəifliyi, sistemsizliyi ilə yadda qalıb.

Tribunadakıların polisin mitinqçilərə mane olması haqqında dedikləri də özünü doğrultmayıb. Ərazidə asayişə tam nəzarət edən polislər mitinqə heç bir müdaxilə etməyib, mitinqçilərlə DİN qüvvələri arasında heç bir qarşıdurma yaşanmayıb.

Müşahidələrə və rəsmi açıqlamalara görə budəfəki mitinqçilərin sayı 2800-3000 min civarında olub. Lakin təşkilatçılar özləri bundan dəfələrlə çox rəqəm səslındiriblər.

Musavat.com bildirir ki, mitinq iştirakçıları rəsmilərin dediklərindən bir az çox, təşkilatçıların iddia etdiklərindən isə dəfələrlə az olub.

Lakin istənilən halda, Milli Şuranın təyin etdiyi icazəli mitinqə vətəndaş axını olmadı. Artım varmı - bəli, son illərdə "Məhsul"da keçirilən ən "məhsuldar" mitinq idi; 1500-2000 nəfərlik bir artım bardı; çünki, bu dəfə Milli Şura cəmiyyətdə ciddi rezonans doğuran bloqer Mehman Hüseynov məsələsini mitinqin əsas tələbi kimi irəli sürmüşdü. Bu gün hansı qüvvə Mehman Hüseynovun adı ilə mitinq keçirsəydi, oxşar nəticəni əldə etməsi heç də çətin olmayacaqdı.

87555ca3-b930-487b-ae71-9f0245a774e1.jpg (95 KB)

Qarabağ Komitəsinin rəhbərliyi Milli Şuranın mitinqində

Təsadüfi deyil ki, Milli Şuranın çağırdığı mitinqə Qarabağ Komitəsi də qatılmışdı; bu kimi başqa qurumlar da vardı. 19 yanvar mitinqçiləri arasında Milli Şura və müxalifətə etimad etməsələr də, Mehmah Hüseynovun və digər siyasi məhbusların azad edilməsini istəyənlərin çoxluqda olması vətəndaşların müxalifətin səsləndirdiyi ideyaları dəstək üçün yox, bir gəncin həbsdən azad edilməsin üçün meydana çıxdıqlarını sübut edir.

Tribunadan səslənən çıxışlar müxalifət liderlərinin 25 illik yeknəsək çıxışlarının davamı olub. 10-a yaxın şəxsin çıxış etməsinə baxmayaraq, mitinqçilərə əvvəlki mitinqlərdən fərqli söz deyilməyib, heç bir real təklif, konstruktiv ideya irəli sürülməyib. Bütün çıxışlar "hakimiyyyətdən tələb edirik” tonuna köklənib. Necə deyərlər, icazəli mitinqlərin ruhuna və xarakterinə uyğun, icazəli şüarlar səsləndirilib.

İcazə məsələsini xüsusi qabartmağımız yersiz deyil...

Yadınıza gəlirsə, Milli Şuradan az öncə - Müsavat Partiyası, ondan öncə Qarabağ Komitəsi mitinq üçün Bakı şəhər İcra Hakimiyyətinə müraciət etmişdi. Amma hər iki qurum "yox” cavabı almışdı. İlgincdir ki, Milli Şuraya ilk müraciətdən icazə verildi. Sözsüz ki, səbəb heç də hakimiyyətin Milli Şuranın gücü ilə hesablaşması deyil. İqtidar istəsəydi, mitinqə icazə verilməməsi üçün səbəb də tapa bilərdi, mitinqə daha az vətəndaş dəstəyinin olmasını da təmin edə bilərdi. Amma bunlar baş verməyib. Görünür, iqtidara yenə də AXCP sədri Əli Kərimlinin timsalında "ana müxalifət" obrazı lazımdır. Dünya belə müxalifəti görür və hakimiyyətdəki komanda ilə bu çığırqan, siyasi İŞİD-çı dəstənin fərqini müəyyənləşdirə bilir.

Əli Kərimlinin isə bu fürsətdən çox yaxşı yararlandığını demək olar. Tribunanı ölkənin heç bir ziyalısı, avtoritet sahibi ünlüsü ilə paylaşmayan AXCP lideri mitinqdəki çıxışında özünü "uğurlu mitinqin” tək təşkilatçısı kimi qələmə verib, müxalifətin tək şəriksiz lideri sayaraq kütləyə inanılmaz vədlər söyləyib.

Yəni bu gün müxalif qüvvələr arasında ana müxalifət liderliyi uğrunda məlum və heç zaman dayanmayan yarışda Əli Kərimli digər iddiaçıları geridə qoya bildisə, bu, iqtidarın mitinqinə icazə verməklə ona dəstəyi sayəsində mümkün oldu.

Yekunda bildirək ki, 19 yanvar mitinqi də müxalifətin sosial bazasının və cəmiyyətdə nüfuzunun güclü olmadığını göstərib. Vətəndaşlar radikal müxalifətin təşkilatçılığı ilə ölkədə yarana biləcək etiraz dalğasının müsbət dəyişikliklərə səbəb olacağına inanmır. Həm tribunada, həm də meydanda eyni simaların görünməsi müxalifətin yeni mərhələyə keçməsi haqda uydurulan fikirlərə əl yeri qoymur. Əks halda, Milli Şura ilə bərabər 10 qurumun təşkil etdiyi mitinqdə meydan dolardı.

Musavat.com

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR