Logo

Azərbaycan-İran sərhədində atışma

Azərbaycan-İran sərhədində atışma
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

İrandan gələn bir qrup şəxs Azərbaycan sərhədini qanunsuz keçməyə cəhd edib.

Sfera.az DİN-in saytına istinadən xəbər verir ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi və Dövlət Sərhəd Xidmətinin Göytəpə Sərhəd Dəstəsinin əməkdaşları tərəfindən Cəlilabad rayonu ərazisində keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə İrandan Azərbaycanın  dövlət sərhədini qanunsuz olaraq keçməyə cəhd göstərən bir qrup şəxsin qarşısı alınıb, onlar silahlı müqavimət göstərərək geri çəkiliblər.

Hadisə yerinə baxış zamanı 4 kiloqram 425 qram tiryək aşkar edilərək götürülüb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR