Logo

Azərbaycanda daha bir iş adamı həbs edildi

Azərbaycanda daha bir iş adamı həbs edildi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Mingəçevir “İzolit” ASC Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Mehman Mehdiyev həbs olunub.

Sfera.az xəbər verir ki, bu barədə aznews.az-a açıqlamasında vəkil Adəm Məmmədov məlumat verib.

Vəkilin sözlərinə görə, M.Mehdiyev Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2 (dələduzluq) maddəsi ilə ittiham olunub:

“Hazırda Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində istintaq aparılır. O, böyük məbləğdə, təxminən 30 milyon ABŞ dolları kredit götürüb. 17 milyon ABŞ dollarının ödənişini artıq həyata keçirib. 12 milyon 7 min ABŞ dolları məbləğində kredit borcu qalıb. Təminat kimi o, səhmdar cəmiyyətin binasını, 15 hektar torpaq sahəsi və müəsissənin fəaliyyəti ilə bağlı avadanlıqları girov qoyub. Hansı ki, o avadanlıqlar xarici ölkələrdən gətirilib və qiyməti çox bahadır”.

A.Məmmədov qeyd edir ki, M.Mehdiyev özünü təqsirli hesab etmir: “Çünki başqalarından fərqli olaraq girovu var. Müəsissənin 20 milyon dollar civarında qiyməti var”.

Vəkil qeyd edir ki, hazırda M.Mehdiyevin səhhətində ağır problemlər yaranıb: “Çox ağır xəstədir”.

Qeyd edək ki, M.Mehdiyev əvvəllər enerji sahəsində çalışıb. Sumqayıt Elektrik Şəbəkəsinin İdarə Heyətinin sədri olub.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR