Azərbaycanda canlı yayım vaxtı telekanalın işığı söndü – Efir qaranlığa büründü
Kateqoriya məlum deyil
Dünən Sumqayıt şəhərində elektrik enerjisinin verilməsində qısamüddətli problem yaranıb.
Publika.az xəbər verir ki, enerji kəsintisi nəticəsində canlı yayımla efirdə olan yerli "Dünya” telekanalının fəaliyyəti iflic olub. İşığın sönməsi ilə efir qaranlığa bürünüb və yayım dayandırılıb.
Qeyd edək ki, son 2 gün ərzində ölkə ərazisində müşahidə edilən kəskin hava şəraiti müxtəlif fəsadlara səbəb olub.






