Metrokartdan istifadə vaxtından əvvəl dayandırıldı - Sərnişinlər narazıdır

Metrokartdan istifadə vaxtından əvvəl dayandırıldı -  Sərnişinlər narazıdır

Bakıda metrokartların istifadəsi vaxtından əvvəl dayandırılıb. 

Sfera.az  xəbər verir ki, metro sərnişinlərinin “Report”a veridiyi məlumata görə, hazırda “28 May”, “Azadlıq” və “Cəfər Cabbarlı” stansiyalarının girişində sərnişin sıxlığı yaşanır, sərnişinlər kartlarının işləməməsindən şikayətlənir.

Kartlarının vaxtından əvvəl blok olunduğunu deyən şikayətçilər, nə hesablarına gediş yükləyə bilirlər, nə metroya daxil ola bilirlər.

Sərnişinlər bildiriblər ki, onlar kart analizi üçün “Cəfər Cabbarlı” stansiyasına göndəriliblər.

Bəzi narazı sərnişinlərin isə stansiyaya ödənişsiz daxil olmaqlarına icazə verilib.

Kartları blok olunan sərnişinlər kart analizi üçün gəldikləri “Cəfər Cabbarlı” və “28 May” stansiyalarında da analoji vəziyyətin müşahidə olunduğunu deyiblər.

Qeyd edək ki, bu gündən etibarən Bakı Metropoliteni stansiyasına daxil olmaq üçün vahid ödəniş kartı kimi "BakıKart" və "BakıKart Məhdud istifadə üçün" kartların istifadəsinə başlanılıb. Əvvəlcədən elan edilib ki, "Metrokart"ın istifadəsi sentyarın 30-dan etibarən dayandırılacaq.

***

Metropoliten işçilərindən birinin verdiyi məlumata görə, kartlara blok qoyulması ora gediş yüklənməsinin qarşısının alınması üçündür. Sərnişin balansına gediş yükləmək istədikdə, kartın öz qiyməti, yəni 2 manat onun balansına yüklənilir və sərnişin həmin karta əlavə gediş yükləyə bilməz. Hesabdakı 2 manat bitdikdən sonra “Metrokart” istifadə üçün yararsız olacaq və sərnişinlər “Bakıkart” almalıdırlar.


OXŞAR XƏBƏRLƏR

Təyyarə qəzasından sağ çıxan şəxs: "Suya eniş etsəydik hamımız param-parça olacaqdıq"

Təyyarə qəzasından sağ çıxan azərbaycanlı yaşadıqları hadisə barədə ilk dəfə açıqlama veriblər.   Sfera.az xəbər verir ki, sərnişinlərdən biri T...

Türkiyənin müdafiə naziri Azərbaycan səfirliyini ziyarət etdi

Türkiyə milli müdafiə naziri Yaşar Gülər təyyarə qəzası ilə əlaqədar Azərbaycanın Ankaradakı səfirliyini ziyarət edib.   Sfera.az xəbər verir ki, bu ...

"Embraer"in nümayəndələri Aktauya getdilər

“Embraer” təyyarələri istehsal edən müəssisənin nümayəndələri Braziliyadan Aktau şəhərinə gəliblər.   Sfera.az Qazaxıstan KİV-lərinə isti...

Bu şəxslər Bakı və Sumqayıtda tam təmirli mənzillərlə təmin olunacaq

Azərbaycanda 512 nəfər hərbi qulluqçu Bakı və Sumqayıt şəhərlərində tam təmirli mənzillərlə təmin olunacaq.   Bu barədə Sfera.az-a Maliyyə Nazir...

"Pilotumuz Rusiya hava məkanından çıxmaq üçün..." - Qəza ilə bağlı daha bir AÇIQLAMA

Qazaxıstanda qəzaya uğrayan Azərbaycana məxsus sərnişin təyyarəsi ilə bağlı sual yaradan bir sıra məsələlərin olduğu hər kəsə məlumdur. Bunlardan biri də, təyya...

Azərbaycan ən çox bu iki ölkədən məhsul alır - ADLAR

Azərbaycan xaricdən ən çox məhsulu iki ölkədən - Çin və Rusiyadan alır.   Sfera.az xəbər verir ki, 2024-cü ilin yanvar-noyabr ayları ərzində Azərbay...