Zakir Həsənovun Qarabağ bəyanatı - Dünya mətbuatında

Zakir Həsənovun Qarabağ bəyanatı -  Dünya mətbuatında
Azərbaycan müdafiə naziri Zakir Həsənovun ön cəbhədə olarkən verdiyi sonuncu Qarabağ bəyanatı dünya mediasında əks-səda doğurub.

Sfera.az ANS Press-ə istinadən xəbər verir ki, Zakir Həsənov ordunun işğal altındakı torpaqları qaytarmağa hazır olduğunu və vaxtın gəlib çatdığını bəyan edib.

"Artıq məqam yetişib. Səbri tükənən xalqımız, öz doğma yurdlarından didərgin salınmış insanlarımız da bizdən hərəkətə keçib, ömür boyu Azərbaycana qarşı düşmənçilik mövqeyində olan işğalçıları torpaqlarımızdan çıxarmağı tələb edir. Beynəlxalq qurumlar tərəfindən münaqişəyə dair qəbul edilmiş bir çox qərarlar da haqq və ədalətin bizim tərəfimizdə olduğunu sübut edir.

Xalqımız onu da bilməlidir ki, döyüş ruhlu Azərbaycan əsgəri ölkəmizi Şuşasız, Laçınsız, digər işğal olunmuş şəhər və kəndlərsiz təsəvvür etmir. Silahlı Qüvvələrin bütün şəxsi heyəti qisas və qələbə hissi ilə yaşayır, torpaqlarımızı işğaldan azad etmək uğrunda müqəddəs borcunu yerinə yetirməyə hazırdır və qadirdir.

Azərbaycan əsgəri yalnız öz gücü və qüvvəsinə güvənərək düşməni işğal olunmuş torpaqlardan qovmaqla ərazi bütövlüyümüzü bərpa edəcək. Buna heç kimin şübhəsi olmamalıdır", deyə müdafiə naziri bildirib.

Zakir Həsənovun bu bəyanatını nüfuzlu Bloomberg agentliyindən tutmuş, Asiya ölkələrinin mediasına qədər işıqlandırıldı. Hürriyet, RİANovosti agnetlikləri, “Kommersant” qəzeti Zakir Həsənovun bəyanatına geniş yer ayırıb.

Hətta müdafiə nazirinin Ermənistana etdiyi xəbərdarlıqla bağlı “Kommersant” qəzeti və “Kommersant FM” radiostansiyası xüsusi reportaj hazırlayıb.

Bloomberg agnetliyində isə Zakir Həsənovun bəyanatından sonra Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verilir və bildirilir ki, son vaxtlar Azərvbaycan və Ermənistan qoşunlarının təmas xəttində gərginliyin artması Avropanı narahat etməyə başlayıb.

Türkiyə mətbuatı isə nazirin bəyanatını "Qarabağı qaytarmağın vaxtı çatdı", "İşğalçı Ermənistan Qarabağdan çıxarılacaq" kimi başlıqlara təqdim edib.


OXŞAR XƏBƏRLƏR

Yaşar Əliyev Quterreşlə görüşdü

Azərbaycanın BMT yanında sabiq daimi nümayəndəsi Yaşar Əliyev dünya təşkilatının Baş katibi Antonio Quterreşlə görüşüb.   Sfera.az xəbər verir ki, bu...

Ən sağlam balıq növləri BUNLARDIR - Diyetoloqdan AÇIQLAMA

Bəzi balıq növləri sağlamlıq üçün xüsusilə faydalıdır.   Sfera.az xəbər verir ki, bunu qastroenteroloq və diyetoloq Elvira Beleva deyib. Onun sözləri...

Los Ancelesdəki yanğınlara Yeni il atəşfəşanlığının səbəb olduğu ehtimal edilir

Kaliforniya və Los-Ancelesdə yanğınlar yenidən güclənir və dünya məşhurları dəbdəbəli evlərini itirirlər. İlk yanğının mənbəyi Yeni il ərəfəsindəki atəşfəşanlıq...

Velosipedlərə belə yer yoxdur: Dünyanın ən sıx məskunlaşdığı adada insanlar necə yaşayır? - FOTOLAR

Dünya maraqlı və bənzərsiz yerlərlə doludur. Kolumbiyanın Kartagena şəhərindən iki saatlıq qayıqla səyahət dünyanın ən sıx məskunlaşdığı yer hesab edilən Santa ...

Türkiyədə saxta içkidən 11 nəfər öldü

Türkiyənin İstanbul şəhərində saxta spirtli içkidən kütləvi zəhərlənmə baş verib.   Sfera.az xəbər verir ki, bu barədə “Anadolu” agentliy...

Yeni doğulan körpəsindən narahat olduğu üçün qonşusunun qapısının altına zəhər yeridib

Qonşular arasında mübahisələr çox vaxt səs-küy, təmizlik və ya ev heyvanı ilə bağlı məsələlərə görə yaranır. Amma Tampadakı yaşayış binasında baş verənlər bu sə...