Prezident “Qalaaltı Hotel & SPA”nın açılışında

Prezident “Qalaaltı Hotel & SPA”nın açılışında

Prezident İlham Əliyev Şabran rayonunun ərazisində yerləşən “Qalaaltı Hotel & SPA” müasir müalicə-istirahət kompleksinin açılışında iştirak edib. 

Sfera.az AzerTac-a istinadən xəbər verir ki, dövlətimizin başçısına məlumat verilib ki, kompleks Azərbaycanın qədim tarixi-mədəniyyət abidələrindən olan Çıraqqalanın yanında sıldırım qayanın altında yerləşir. Dəniz səviyyəsindən 700 metr yüksəklikdə yerləşən yeni kompleks məşhur “Qalaaltı” kurortunun bazasında inşa edilib. Təxminən 7,1 hektar sahədə yerləşən kompleksdə 354 nəfəri qəbul edə biləcək otel, villa və kotteclər inşa olunub.

Prezident İlham Əliyev kompleksin rəmzi açılışını bildirən lenti kəsib.

Dövlət başçısı kompleksin həyətində yaradılan şəraitlə də maraqlanıb.

“Qalaaltı Hotel & SPA” kompleksində təbiətin qoynunda, ətraf mühitlə harmoniyada yaşamağa üstünlük verənlər üçün milli faunanın elementlərini özündə əks etdirən dörd kiçik otel binası da inşa edilib. “Lalə”, “Zanbaq”, “Bənövşə” və “Mimoza” adlı bu otellərin hər birində 44 otaq var. Daha dəbdəbəli istirahət arzusunda olanlar üçün isə villalar təklif olunur.

Kompleksin yerləşdiyi ərazi gözəl və füsunkar təbiətə malik olmasına baxmayaraq, burada əlavə yaşıllıq da salınıb. Ərazidə 48 növdə 1200-dən çox ağac əkilib, 15 min kvadratmetr ərazidə yaşıl ot örtüyü salınıb. Həmçinin uzunluğu 246 metr olan süni çay, fontanlar və şəlalə inşa edilib.

Komplekslə yaxından tanış olan dövlətimizin başçısı müvafiq tapşırıq və tövsiyələrini verib.


OXŞAR XƏBƏRLƏR

Cənubi Koreya Prezidenti həbs olundu

Müstəntiqlər Cənubi Koreya tarixində ilk dəfə müvəqqəti olaraq vəzifəsindən kənarlaşdırılmış, lakin fəaliyyətdə olan Prezident Yun Sok Yolu qiyam ittihamı ilə h...

Rəsmi Bakıdan ABŞ səfirliyinə- CAVAB

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə ABŞ-nin Bakıdakı səfirliyinin iddialarına cavab verib.   Sfera.az xəbər verir...

Yaşar Əliyev Quterreşlə görüşdü

Azərbaycanın BMT yanında sabiq daimi nümayəndəsi Yaşar Əliyev dünya təşkilatının Baş katibi Antonio Quterreşlə görüşüb.   Sfera.az xəbər verir ki, bu...

Ən sağlam balıq növləri BUNLARDIR - Diyetoloqdan AÇIQLAMA

Bəzi balıq növləri sağlamlıq üçün xüsusilə faydalıdır.   Sfera.az xəbər verir ki, bunu qastroenteroloq və diyetoloq Elvira Beleva deyib. Onun sözləri...

Los Ancelesdəki yanğınlara Yeni il atəşfəşanlığının səbəb olduğu ehtimal edilir

Kaliforniya və Los-Ancelesdə yanğınlar yenidən güclənir və dünya məşhurları dəbdəbəli evlərini itirirlər. İlk yanğının mənbəyi Yeni il ərəfəsindəki atəşfəşanlıq...

Velosipedlərə belə yer yoxdur: Dünyanın ən sıx məskunlaşdığı adada insanlar necə yaşayır? - FOTOLAR

Dünya maraqlı və bənzərsiz yerlərlə doludur. Kolumbiyanın Kartagena şəhərindən iki saatlıq qayıqla səyahət dünyanın ən sıx məskunlaşdığı yer hesab edilən Santa ...