Döyülən jurnalist Rasim Əliyev vəfat etdi – Son müsahibəsi

Döyülən jurnalist Rasim Əliyev vəfat etdi –  Son müsahibəsi
Jurnalist Rasim Əliyev avqustun 9-da səhərə yaxın Bakı Klinik mərkəzində rəhmətə gedib.
Bu barədə Amerikanın Səsinə jurnalistin bacısı Gülnarə Əliyeva bildirib. Gülnarə Əliyeva bildirib ki, gecə saatlarında Rasim Əliyevin səhhəti kəskin pisləşib və 1 saylı Şəhər Kliniki Xəstəxanasında cərrahi əməliyyat olunub. Bundan sonra reanimasiya şöbəsinə köçürülüb və orada vəfat edib.
Hazırda jurnalistin cəsədi Respublika Xəstəxanasının morquna yerləşdirilib.
Xatırladaq ki, jurnalist dünən “Qəbələ” futbol komandasının oyunçusu Cavid Hüseynovun qohumları tərəfindən hədələndiyini və döyüldüyünü iddia etmişdi.
Sosial mediada verilən məlumatlara görə, jurnalistin döyülməsinə səbəb onun Cavid Hüseynovun kiprli jurnalistə qarşı hərəkətini “Facebook” səhifəsində tənqid etməsi göstərilib.
Cavid Hüseynov isə “Qafqazinfo”ya açıqlamasında bu iddianı qəbul etmədiyini açıqlamışdı:
“O jurnalistә hәr şeyi olduğu kimi danışdım. Videoya kim baxsa, görәr ki, mən yumruğumu yumruğuma vurub bizim yumruq kimi ölkә olduğumuzu demişәm. Biz qardaşıq, biz dostuq. Ona dedim ki, yazını düzәlt.  Dedi ki, oldu. Üzr istәyirәm sәhvimә görә. Biz bunları danışmışıq. Amma döymәk söhbәti düzgün deyil”.

OXŞAR XƏBƏRLƏR

Rəsmi Bakıdan ABŞ səfirliyinə- CAVAB

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə ABŞ-nin Bakıdakı səfirliyinin iddialarına cavab verib.   Sfera.az xəbər verir...

Yaşar Əliyev Quterreşlə görüşdü

Azərbaycanın BMT yanında sabiq daimi nümayəndəsi Yaşar Əliyev dünya təşkilatının Baş katibi Antonio Quterreşlə görüşüb.   Sfera.az xəbər verir ki, bu...

Ən sağlam balıq növləri BUNLARDIR - Diyetoloqdan AÇIQLAMA

Bəzi balıq növləri sağlamlıq üçün xüsusilə faydalıdır.   Sfera.az xəbər verir ki, bunu qastroenteroloq və diyetoloq Elvira Beleva deyib. Onun sözləri...

Los Ancelesdəki yanğınlara Yeni il atəşfəşanlığının səbəb olduğu ehtimal edilir

Kaliforniya və Los-Ancelesdə yanğınlar yenidən güclənir və dünya məşhurları dəbdəbəli evlərini itirirlər. İlk yanğının mənbəyi Yeni il ərəfəsindəki atəşfəşanlıq...

Velosipedlərə belə yer yoxdur: Dünyanın ən sıx məskunlaşdığı adada insanlar necə yaşayır? - FOTOLAR

Dünya maraqlı və bənzərsiz yerlərlə doludur. Kolumbiyanın Kartagena şəhərindən iki saatlıq qayıqla səyahət dünyanın ən sıx məskunlaşdığı yer hesab edilən Santa ...

Türkiyədə saxta içkidən 11 nəfər öldü

Türkiyənin İstanbul şəhərində saxta spirtli içkidən kütləvi zəhərlənmə baş verib.   Sfera.az xəbər verir ki, bu barədə “Anadolu” agentliy...