Logo

"Məcbur olub belə demişəm" - Rəsulzadənin barelyefi götürülməyib, oğurlanıb

"Məcbur olub belə demişəm" - Rəsulzadənin barelyefi götürülməyib, oğurlanıb
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Xəbər verdiyimiz kimi, Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcısı Məhəmməd Əmin Rəsulzadənin Bakının Novxanı kəndində olan evinin qarşısındakı barelyefi oğurlanıb.

"Məcbur olub belə demişəm" - Rəsulzadənin barelyefi götürülməyib, oğurlanıb//cdn.yenicag.az/files/uploads/2019/01/49897137_586580088480464_1352327735124426752_n-300x169.jpg 300w, //cdn.yenicag.az/files/uploads/2019/01/49897137_586580088480464_1352327735124426752_n-800x450.jpg 800w" sizes="(max-width: 960px) 100vw, 960px" style="box-sizing: inherit; vertical-align: middle; border-width: 1px; border-style: solid; border-color: rgb(230, 230, 230); display: block; margin: 5px auto; max-width: 100%; height: auto; padding: 5px; width: 450px !important;" />

Novxanı bələdiyyəsinin sədri Şahin Tağıyev saytımıza açıqlama verərək faktı təsdiqləyərək bunun qəsdən törədildiyini bildirib.

Lakin Tağıyev bu gün mətbuata tamam fərqli açıqlama verib. O, barelyefin köhnəldiyini, yenisi ilə əvəzləmək üçün bələdiyyə tərəfindən çıxarıldığını söyləyib.

Anlaşılmaz vəziyyət yarandığından Yenicag.az-ın əməkdaşı yenidən Şahin Tağıyevlə əlaqə yaradıb. Sədr məcbur qalıb belə bir açıqlama verdiyini bildirib:

"Barelyef oğurlanıb, tapa bilmirik. Hansı əclaf aparıbsa,… Kəndin adına ayıb bilirəm. Buna görə də məcbur olub belə demişəm. Bizim böyük şəxsiyyətimizin barelyefini aparanın yerinə mən utanıram. İkinci günə mərmərdən yenisi hazır olacaq”.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR