Azərbaycanlı fəhlələr Qazaxıstanda ac və pulsuz qaldılar
Azərbaycandan olan 12 fəhlə Qazaxıstanda aylardır pulsuz qalıb. Onlar Qazaxıstanın sosial mənzillər tikintisinə dair "Nurlu Jer” dövlət proqramı çərçivəsində Aktauda yaşayış binasının tikintisində çalışıblar. Məlumata görə tezliklə fəhlələr qanunsuz işçi adı almaq təhlükəsi ilə də qarşı-qarşıyadırlar. Çünki viza mddətləri də qurtarmaq üzrədir.
Fəhlələrdən biri Yasinəli Yasinoğlu deyir ki, o podratçı şirkətdən heç olmasa yemək almaq üçün hərəyə 1000 təngə verilməsini xahiş edib. Lakin şirkətdən deyiblər ki, pul yoxdur.
Fəhələlər sonuncu dəfə noyabr ayaında maaş alıblar. 12 nəfər üçün 400 min tengə pul ödənilib. Bu günlərdə isə onları məskubnlaşdıqları vaqonlardan da çıxarıblar.
"Pulumuzu versinlər, biz Vətənimizə gedək", deyə Mustafa Səfəroğlu bildirib.
Podratçı şirkət ittihamlara cavab verməkdən imtina edib. Ancaq o bildirilib ki, maliyyə vəsaiti daxil olanda işçilər pullarını alacaqlar.






