Qəbiristanlığa atılan dörd günlük körpə ilə bağlı YENİ XƏBƏR

Qəbiristanlığa atılan dörd günlük körpə ilə bağlı YENİ XƏBƏR

Xəbər verdiyimiz kimi, qeyri-rəsmi nikahdan doğulduğu iddia edilərək Xəzər rayonunun Şüvəlan qəsəbəsindəki qəbiristanlığa atılan dörd günlük qız uşağı hüquq-mühafizə orqanlarının əməkdaşları tapıb.

Qeyri -rəsmi münasibətdən dünyaya gəldiyi deyilən uşaq ilk olaraq 1 saylı Körpələr Evinə aparılıb. 

Körpələr evinin baş həkimi Simuzər Topçubaşovanın Oxu.Az-a bildirib ki, onlar körpəni dərhal xəstəxanaya göndəriblər:

 

"Bəli hüquq-mühafizə orqanları tərəfindən bizə təxminən 3-4 günlük körpə qız uşağı gətirilib. Uşaq bizə gətiriləndə göbəyi belə kəsilməmişdi. Vəziyyəti ağır olduğundan dərhal A.F.Qarayev adına 2 saylı uşaq kliniki xəstəxanasına göndərilib. Hazırda orada müalicə altında saxlanılır”.

A.F.Qarayev adına 2 saylı uşaq kliniki xəstəxanası ilə əlaqə saxladıq. Xəstəxanadan Oxu.Az-a verilən məlumata görə, uşaq ayın 11-də axşam saat 22.30 radələrində körpələr evindən göndərilib:

"Təcili Yardım maşını ilə xəstəxanaya gətirilib. Təxminən dörd günlük uşaqdır. Göbəyi kəsilməmiş halda və ağır vəziyyətdə olub. Vəziyyətinin ağırlığına görə, onu reanimasiya şöbəsində ciddi həkim nəzarətində saxlayırıq. Gətirildiyi günə nisbətən vəziyyəti qənaətbəxşdir. Uşağın vəziyyəti bir qədər də yaxşılaşdıqdan sonra onu müvafiq şöbəyə köçürəcəyik”.

Qeyd edək ki, mətbuatda körpənin anası N.Ağayeva əvvəllər ailəli olduğu, həyat yoldaşının 7-8 il əvvəl dünyasını dəyişdiyi qeyd edilib. Xanımın bu rəsmi nikahdan iki qızı, bir oğlu var. 

Ehtimal edilir ki, qeyri-rəsmi münasibətdən övlad dünyaya gətirən xanım qınaq obyekti olmamaq üçün və ya hansısa başqa səbəbdən çarəni körpəni atmaqda görüb. Uşağın anası 37 yaşlı Nailə Ağayevanın Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanıldığı da qeyd edilir.


OXŞAR XƏBƏRLƏR

Türkiyədə virus yayılır - Qadağa qüvvəyə mindi

Türkiyə xəstə heyvanların ətindən yoluxa bilən dabaq xəstəliyinin yayılması səbəbilə ölkədə bütün mal-qara bazarlarını müvəqqəti bağlamaq qərarına gəlib.  ...

Ermənistanda Rusiya telekanallarına qadağa qoyula bilər

Ermənistan parlamentinin sədri Alen Simonyan Rusiya telekanallarının ölkə ərazisində yayımının dayandırılmasının mümkünlüyü ilə bağlı müzakirələrin başlanmasını...

Rusiya Azərbaycana nota verib

Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayevə "Bakının qeyri-dost hərəkətlərinə görə etiraz edilib".   Sfera.az xəbər verir k...

ADNSU məzunları üçün təntənəli “Məzun Günü” keçirilib

İyunun 30-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) məzunları üçün Avropa Oyunları Parkındakı təntənəli “Məzun Günü” tədbiri təşki...

Bakıda rusiyalı cinayətkarların saxlanılmasının ANBAAN VİDEOSU

Xəbər verdiyimiz kimi, Bakıda İrandan narkotik vasitələrin tranzitində, onlayn dövriyyəsində və kiberdələduzluq cinayətlərində şübhəli bilinən iki mütəşəkkil ci...

Kreml Suriyanı Rusiya-Ərəb Zirvəsinə dəvət edəcək

Kreml Suriyanın hazırkı rəhbərliyini oktyabr ayında keçiriləcək Rusiya-Ərəb Zirvəsinə dəvət etməyi planlaşdırır.    Sfera.az xəbər verir ki, &nb...