Logo

Gürcüstanda həbs cəzası çəkən azərbaycanlıların sayı açıqlandı

Gürcüstanda həbs cəzası çəkən azərbaycanlıların sayı açıqlandı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Hazırda Gürcüstan həbsxanalarında Azərbaycan vətəndaşı olan 94 nəfər saxlanılır.

Bu barədə Gürcüstanın Ədliyyə Nazirliyinin ötən ilin noyabr ayı üzrə hesabatında bildirilib.

Qonşu ölkədə həbs cəzası çəkən Azərbaycan vətəndaşlarının 21-i təqsirləndirilən şəxs, 73-ü isə məhkumdur. Təqsirləndirilənlərin 20-si kişi, 1-i qadın, məhkumların isə 65-i kişi, 8-i qadındır.

Azərbaycan vətəndaşları Gürcüstan həbsxanalarında saxlanılan əcnəbilərin 16%-ni təşkil edir.

Gürcüstanda 46 ölkənin, ümumilikdə, 588 vətəndaşı həbs cəzası çəkir ki, Türkiyə vətəndaşları onların arasında 124 nəfərlə birinci yerdədir.

Qonşu ölkənin cəzaçəkmə müəssisələrində 118 İran, 75 Rusiya, 27 Ermənistan vətəndaşı saxlanılır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR