Jurnalistin ölümünə görə tutulan Cavidin qohumu hansı komandalarda çıxış edib? - FOTO
Jurnalist Rasim Əliyevin öldürülməsinə görə təqsirləndirilən Elşən İsmayılov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Sfera.az sport7.az-a istinadən xəbər verir ki, adıçəkilən futbolçunun Cavid Hüseynovun bibisi oğlu olduğu bildirilir. Maraq üçün bildirək ki, Elşən İsmayılov da vaxtı ilə "Qəbələ"də çıxış edib. O, "qırmızı-qaralar"ın əvəzedici komandasında oynayıb. 2013-cü ilin iyul ayının 20-də "Qəbələ" ilə 3 illik müqavilə imzalayan Elşənin bu komanda çıxışı elə də uzun sürməyib. 6 aydan sonra müdafiəçi birinci divizion təmsilçisi olan MOİK-ə üz tutub. Əldə etdiyimiz məlumata görə, İsmayılov elə həmin ilin avqust ayında MOİK-i digər aşağı dəstə təmsilçisi "Qaradağ Lökbatan"a dəyişib. Ancaq burada da çıxışı uzun sürməyən İsmayılov AZAL-a yollanıb. 2015-ci ildə yanvarında 2017-ci ilin iyununa qədər "təyyarəçilər"lə müqavilə imzalayan Elşən yayda komandadan ayrılıb. 1994-cü ilin 21 iyun tarixində anadan olan futbolçunun sonuncu iş yeri məhz AZAL olub. Ümumilikdə, Elşən İsmayılov "Qəbələ"nin əvəzedicilərində cəmi bir dəfə meydana çıxıb. O da oyuna əvəzetmədən daxil olub. MOİK-də 8 oyun keçirən müdafiəçi ötən mövsümdə də AZAL forması ilə meydanda 13 dəfə iştirak edib. Sfera.az |






