Logo

Azərbaycan yollarında xüsusi tablolar yerləşdiriləcək – Yenilik

Azərbaycan yollarında xüsusi tablolar yerləşdiriləcək – Yenilik
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycanın avtomobil yollarında icazə verilən sürət həddi optimallaşdırılacaq.

Bu barədə Prezident İlham Əliyevin 27 dekabr 2018-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı"nda deyilir.

Qeyd olunur ki, 2019-2021-ci illərdə yaşayış məntəqələri daxilində nəqliyyat vasitələrinin sürət həddi küçə-yol şəbəkəsinin xüsusiyyətlərinə uyğun optimallaşdırılacaq, digər avtomobil yollarında nəqliyyat vasitələri üçün sürət həddi normalarına yenidən baxılacaq.

Bundan başqa, təhlükəli yol sahələrində sürət həddi meyarları qanunvericilikdə təsbit ediləcək, avtomobil yollarının kateqoriyasını və təhlükəsizlik səviyyəsini nəzərə almaqla sürət həddi optimallaşdırılacaq.

Sənəddə təhlükəli yol sahələrində müəyyən edilmiş sürət həddini aşmaları barədə sürücülərin xəbərdar edilməsi məqsədilə xüsusi elektron məlumat tablolarının yerləşdirilməsi, sürət həddinə nəzarət edən xüsusi texniki vasitələrin səmərəliliyinin təhlilini aparmaqla, onların yollarda dislokasiyasının və sayının optimallaşdırılması, həmin vasitələrin sürət həddini aşmanın daha təhlükəli olduğu yol sahələrində quraşdırılması da nəzərdə tutulur.

Trend.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR