Uşaqlar analarını atalarından qoruya bilmədilər – Bakıda tükürpədən ailə dramı

Uşaqlar analarını atalarından qoruya bilmədilər – Bakıda tükürpədən ailə dramı
Uşaqlar evdəki bütün bıçaqları gizlədiblər ki, ataları – Masallı rayon sakini Dadaşov Rövşən analarını öldürməsin.
 
Nəsimi rayonunun hüquq-mühafizə orqanları Bakıda gənc qadının qətlə yetirilməsinin detallarını Sputnik Azərbaycan-a açıqlayıb.

Qeyd edək ki, yanvarın 10-da saat 23:55-də Cavadxan küçəsindəki evdə yerləşən kirayə mənzillərin birində 31 yaşlı Aidə Dadaşova başına küt alətlə vurulan zərbə nəticəsində ölüb. Faktla bağlı onun 38 yaşlı həyat yoldaşı Dadaşov Rövşən Möhübbət oğlu saxlanılıb.

İlkin araşdırma zamanı məlum olub ki, qısqanclıq Dadaşovun arvadını qətlə yetirməsinə səbəb olub. Dindirilmə zamanı Dadaşov deyib ki, o, beş gün sərasər arvadının hərəkətlərini izləyib.

Ailə dağılmaq ərəfəsində olub. Hadisədən bir müddət əvvəl Dadaşova WhatsApp mobil tətbiqi vasitəsilə baldızına yazıb: "Rövşənə de, məni rahat buraxsın, biz boşanırıq”.

Cütlüklər arasında qalmaqallar adi hal olub. Kişi həmişə arvadını döyürmüş. Bu səbəbdən də qadın ərinin yanından gedib. Bir müddət o, məişət zorakılığına məruz qalanlar üçün sığınacaqda yaşayıb. Amma Dadaşov uzun danışıqlardan və bir daha arvadını döyməyəcəyinə söz verəndən sonra qadını evinə qaytara bilib.

İki uşağı olan cütlük Cavadxan küçəsində mənzil kirayələyiblər və qadın ərinə boşanmaq qərarına gəldiyini deyənə qədər bir müddət bir yerdə yaşayıblar. Hadisədən beş gün qabaq Dadaşov evdən gedib. Lakin yanvarın 10-da gecə kirayə qaldıqları mənzilə qayıdıb və qadından onu evə buraxmağı xahiş edib. O, evə öz əşyalarını götürmək üçün qayıtdığını deyib. Qadın onu evə buraxıb. Cütlük arasında növbəti qalmaqal başlayıb. Onlar bir-birilərini qarşılıqlı ittiham ediblər və bu ittihamlar onları özlərindən çıxarıb. Analarına görə qorxduqları üçün uşaqlar evdəki bütün bıçaqları götürərək blokda gizlədiblər. Amma sən demə, kişi hazırlıqlı gəlibmiş. O, özü ilə dəmir parçası gətirib və onunla qadını uşaqlarının gözü qabağında öldürüb.

Dadaşovanın rəfiqəsi istintaqa verdiyi ifadədə bildirib ki, kişi heç yerdə işləməyib və həmişə qadına güc tətbiq edib. O, daim qadını evdən qovurmuş ki, gedib pul qazansın. Özü də hər gün evdə nahara ət yeməyi tələb edirmiş.

Qəsdən adamöldürmə faktı ilə bağlı cinayət işi qaldırılıb, istintaq davam edir.


OXŞAR XƏBƏRLƏR

"Regional problemlər dinc, danışıqlar yolu ilə həll olunmalıdır" - İran XİN başçısı

Regional problemlər dinc, danışıqlar yolu ilə həll olunmalıdır.   Sfera.az “Mehr” agentliyinə istinadən xəbər verir ki, bunu İranın xaric...

"Barselona" klubu fırıldaqçının "qurban"ı oldu

İspaniyanın "Barselona" klubu fırıldaqçının "qurban"ı olub.   Sfera.az xəbər verir ki, bu barədə "Cadena Cer" məlumat y...

COP29 dönəmində bu şəxslərə ictimai nəqliyyat pulsuz olacaq - RƏSMİ

COP29 dönəmində qonaqlar, o cümlədən akkreditasiyadan keçən yerli vətəndaşlar ictimai nəqliyyatdan pulsuz istifadə edəcək.   Sfera.az APA-ya istinadə...

Kapital Bank-dan böyük fürsət: depozitiniz sizə 50 000 AZN qazanmaq şansı yaradır

Ölkənin birinci bankı Kapital Bank-ın depozit yerləşdirən müştərilər üçün həyata keçirdiyi stimullaşdırıcı "Depozit lotereyası" davam edir. Şərtlərə ə...

Qəbələdə iki nəfərin ölüm faktı ilə bağlı CİNAYƏT İŞİ BAŞLANDI

Qəbələdə 2 nəfərin ölümü, 1 nəfərin xəsarət alması faktı ilə bağlı cinayət işi başlanıb.   Bununla bağlı Sfera.az-a rayon prokurorluğundan məlumat v...

"Proses sülh müqaviləsinin bağlanmasından sonrakı mərhələyə saxlanılıb" - Politoloq

“Azərbaycanla Ermənistan arasında Zəngəzur dəhlizinin açılması ilə bağlı məsələlər sülh müqaviləsindən çıxarılıb”.   Bunu Sfera.az-a poli...