Logo

Bakıda hadisə: Polis işçisi ofisdə həlak oldu

Bakıda hadisə: Polis işçisi ofisdə həlak oldu
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Daxili İşlər Nazirliyinin Mühafizə İdarəsinin əməkdaşı tabel silahından açılan atəş nəticəsində ölüb.

Bu barədə "Sputnik Azərbaycan”a Nərimanov rayonunun hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.

Məlumdur ki, yanvarın 11-də axşam saat 18.00 radələrində  paytaxtın Nərimanov rayonu ərazisindəki şirkətlərdən birinin ofisində odlu silahdan açılan atəş nəticəsində 35 yaşlı İlkin Tapdıqov iş yerində ölüb.

Hazırda hadisə yerində operativ-istintaq qrupunun üzvləri işləyir. Baş verən hadisənin təfərrüatı araşdırılır.

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR