Bəhruz Quliyev: "Bu, Prezidentin hər bir vətəndaşa olan diqqətinin nümunəsidir" AÇIQLAMA

Bəhruz Quliyev: "Bu, Prezidentin hər bir vətəndaşa olan diqqətinin nümunəsidir"  AÇIQLAMA
“Cənab Prezident hər zaman vurğulayıb ki, fikir prüalizmi dövlətin marağında olan əsas faktorlardandır”
“Prezident İlham Əliyevin jurnalist Rasim Əliyevin öldürülməsi ilə bağlı başlanmış cinayət işini şəxsi nəzarətinə götürməsi bir daha onu göstərir ki, dövlət başçısı baş verən istənilən hadisəyə operativ reaksiya verir və diqqətdə saxlayır”. Bu fikirləri SİA-ya “SƏS” Media Qrupun rəhbəri Bəhruz Quliyev jurnalistin ölümü ilə bağlı ölkə başçısının verdiyi reaksiyaya münasibətini bildirərkən deyib. 
 
Media Qrupun rəhbəri qeyd edib ki, Prezident İlham Əliyevin hadisə ilə bağlı göstərdiyi reaksiya Azərbaycanda söz və məlumat azadlığının prioritet istiqamət kimi əsas götürməsinin sübutudur: “Cənab Prezident hər zaman vurğulayıb ki, fikir plüralizmi dövlətin marağında olan əsas faktorlardandır. Bu baxımdan, qeyd edə bilərik ki, Azərbaycanda media ilə bağlı mövcud olan qanunların icrası, ümumiyyətlə, mətbuatla əlaqədar hər bir hadisə ölkə başçısı tərəfindən nəzarətdə saxlanılır. Məhz jurnalist həmkarımızın məlum səbəblər üzündən həyatını itirməsi, bunun ardınca isə dövlət başçımızın əlaqədar dövlət qurumlarına xüsusi tapşırıq verməsi qeyd edilən fikirlərin bariz göstəricisidir. Ümumiyyətlə, Cənab Prezidentin bu hadisəni ölkədə söz və məlumat azadlığına təhlükə və təhdid kimi qiymətləndirməsi hər bir vətəndaşa olan diqqətin nümunəsi kimi də qiymətləndirilə bilər. Çünki bu müstəvidə olan prinsiplərin, maraqların pozulması eyni zamanda dövlətin maraqlarına və reallaşdırılan uğurlu dövlət siyasətinin mahiyyətinə kölgə sala bilər. Ona görə də Prezident İlham Əliyev həmin prinsipləri şəxsi nəzarətində saxlamaqdadır. Biz də media təmsilçiləri olaraq əminik ki, bu hadisədə günahı olan istənilən şəxs qanun qarşısında cavab verəcəkdir”.
 
Bəhruz Quliyev bununla yanaşı, hadisə baş verdikdən az müddət sonra bir sıra media orqanlarının, o cümlədən bəzi müxalifət liderlərinin tələm-tələsik nəticə çıxarmalarına, bu olaya məqsədli şəkildə siyasi don geyindirməyə cəhd göstərmələrinə də münasibət bildirib. Media Qrupun rəhbəri xatırladıb ki, yalnız bu hadisə deyil, digər arzuolunmaz hadisələr baş verdikdə də şəxsi mənfəətlərini və çirkin siyasi məqsədlərini güdən radikal müxalifət liderləri dərhal ortaya atılaraq, dövlətə qarşı qarayaxma kampaniyalarına start verirlər: “Bir məsələyə də diqqət çəkmək istərdim. Belə ki, mərhum jurnalist dəfn edilərkən sosial şəbəkələrdən də gördük ki, bir sıra radikal müxalifət liderləri özlərini reklam etməklə məşğul idilər. Bəllidir ki, onlar heç də həmkarımızın həyatını itirməsinə görə deyil, öz şəxsi məqsədlərini güdməkdən, siyasi uğursuzluqlarını bu yolla ört-basdır etməkdən  ötrü bu cür yanlışlıqlara gediblər. Biz bu kimi halları yaşayış binasında baş verən yanğın zamanı da gördük. Məqsəd yenə də siyasi mənfəət əldə etmək, xalqın qanı üzərində uğur qazanmaqdır. Belələrinin xəmirləri onsuz da xalqın qanı üzərində yoğrulub. Belələrinə yalnız "ar olsun" deyə bilərik, onlar hətta insanların hüznündən, kədərindən sui-istifadə etməklə məşğuldurlar”.
 
Bəhruz Quliyev son olaraq jurnalist Rasim Əliyevin vəfatından dərin təəssüf hissi keçirdiyini bildirərək, mərhumun ailəsinə səbr diləyib.

OXŞAR XƏBƏRLƏR

Kruiz səyahət üçün hər şeyini satdı: Gəmidən qovuldu

Amerikalı Cenni Feniks üç illik 350.000 dollarlıq səyahətə çıxmaq üçün demək olar ki, əlində-ovcunda olan hər şeyini satıb. Lakin sonda o, “Villa Vie Odys...

"Stressə spirtlə qalib gəlməyin, əks halda..." - Həkimdən XƏBƏRDARLIQ

Stressi spirtlə aradan qaldırsanız, beyin özü onu təhrik etməyə başlayacaq.   Sfera.az xəbər verir ki, bunu psixiatr, narkoloq, psixoterapevt Sergey ...

12 yaşlı uşaq atasının həyatını xilas etmək üçün 200 kiloqramlıq ayını vurub - FOTO

ABŞ-da 12 yaşlı Owen (Ouen) Beyerman ov edərkən atası Rayanı 200 kiloqramlıq nəhəng ayının hücumundan xilas edib.   Sfera.az bildirir ki, Ouen Beyerm...

Turist qız cənnət adasında 2 ay pulsuz yaşayıb - FOTOLAR

27 yaşlı Alman Sirirat Nensewicz Avstraliyanın Kvinslend sahillərində 18 hektarlıq Balqabaq adasında iki ay yaşayıb. Avstraliyaya təyyarə bileti üçün pul yığmaq...

Mamontların nəsli buna görə kəsilibmiş... - TƏDQİQAT

Rusiya, İsrail və İtaliyadan olan kimyaçılar və zooloqlar qrupu yunlu mamontların nəsli kəsilməsinin səbəblərindən birinin allergiya olduğuna dair sübutlar tapı...

Bu avtobusun yolu dəyişdirilir

Paytaxt yollarında aparılan təmir işləri ilə əlaqədar sentyabrın 19-dan Süleyman Əhmədov küçəsinin 8 Noyabr prospekti ilə birləşən hissəsində nəqliyyat vasitələ...