Bakıda "donuz qripi" fırıldaqçıları tutulub
Cəmiyyət
17:46 / 11.01.2019
2246
Bakıda fəaliyyət göstərən dərman depoları icazəsiz dərman sata bilməz.
Oxu.Az-ın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin baş epidemioloqu İbadulla Ağayev bildirib.
Onun sözlərinə görə, dərman depoları Səhiyyə Nazirliyinin tabeliyindədir:
"Nazirliyin icazəsi olmadan heç bir dərman preparatını sata bilməzlər. "Donuz qripi” peyvəndi ilə bağlı yayılan məlumat yalandır. Özəl klinikalar tərəfindən hər hansı dərman gətirilə bilər, lakin bu barədə nazirliyin icazəsi olmalıdır”.
Baş epidemioloq qeyd edib ki, Gürcüstanda "donuz qripi”ndən ölən 14 nəfər xüsusi stansionarlarda olur və izolə edilir:
"Ora gedən soydaşlarımız onlarla təmasda olmur. Qonşu ölkəyə gedən azərbaycanlılar özünü qorumalıdır və qoruyucu vasitələrdən istifadə etməlidir”.
İ.Ağayev qeyd edib ki, fırıldaqçılar Səhiyyə Nazirliyindən istifadə edib, binaları dezinfeksiya edirdilər:
"Artıq hüquq-mühafizə orqanları həmin şəxsləri saxlayıb”.