Logo

"Bədən tərbiyəsi və idman haqqında" qanuna dəyişiklik edildi

"Bədən tərbiyəsi və idman haqqında" qanuna dəyişiklik edildi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Bədən tərbiyəsi və idman haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 27 avqust tarixli 147 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Sfera.az AZƏRTAC-a istinadən xəbər verir ki, fərmanda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Bədən tərbiyəsi və idman haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 27 avqust tarixli 147 nömrəli Fərmanını "Bədən tərbiyəsi və idman haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2015-ci il 28 aprel tarixli 1271-IVQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:

"Bədən tərbiyəsi və idman haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 27 avqust tarixli 147 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 8, maddə 623) 2.15-ci bəndi ləğv edilsin".

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR