Logo

Bakıda donuz qripi fırıldaqçıları peyda olub - Diqqət

Bakıda donuz qripi fırıldaqçıları peyda olub - Diqqət
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Xətai, Suraxanı və Sabunçu rayonlarında yeni fırıldaqçılar peyda olub.

Sözügedən rayon sakinləri bu barədə Medicina.az-a məlumat veriblər. Sakinlərin sözlərinə görə, bir neçə gənc əllərinə bir aparat götürərək binaların qarşısını gəzir. Onlar bloklara girərək guya donuz qripinə qarşı dezinfeksiya apardıqlarını deyirlər. Həmin şəxslər qapıları döyərək dezinfeksiya etməyi təklif edir, bunun qarşılığında isə 2 manat pul istəyirlər.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən bildirilib ki, onlara belə bir tapşırıq verilməyib.

Həmçinin Suraxanı rayon Dezinfeksiya İdarəsindən də fakt təkzib olunub.

Sakinlərə belə halla rastlaşdıqda hüquq-mühafizə orqanlarına müraciət etmələri məsləhət görülür.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR