Logo

Yanvarın 21-də gözünüz göydə olsun

Yanvarın 21-də gözünüz göydə olsun
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
2019-cu ilin ilk Ay tutulması hadisəsi yanvarın 21-də Bakı vaxtı ilə saat 07:34-10:51-də baş verəcək.
Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov bildirib.
X.Mikayılovun sözlərinə görə, Ay tam tutulsa da, Azərbaycan ərazisində müşahidə olunmayacaq. Rəsədxananın elmi işlər üzrə direktor müavini bildirib ki, bu təbiət hadisəsini Mərkəzi Sakit okean, Amerika, Afrika və Avropa ölkələrində izləmək mümkün olacaq.

Qeyd edək ki, növbəti qismən Ay tutulması isə iyulun 17-də qeydə alınacaq və həmin hadisə Azərbaycanda müşahidə olunacaq.

Trend.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR