Göygölə artıq hamı gedə bilər, amma... - Rəsmi açıqlama

Göygölə artıq hamı gedə bilər, amma... -  Rəsmi açıqlama

Bakı üçün Qız qalası hansı statusu daşıyırsa, Göygöl də Gəncəbasar zonası üçün tarixi simvoldur. Göygöl Milli Parkını artıq hər bir azərbaycanlı ziyarət edə bilər. 

“Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Bioloji müxtəlifliyin qorunması və xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafı departamentinin direktor müavini Hikmət Əlizadə açıqlamasında bildirib ki, 1990-cı illər, eyni zamanda 2000-ci illərin əvvəllərində Göygöl ətrafında xaos hökm sürüb və bu təbiət obyekti pis şəkildə istismar olunub. Onun sözlərinə görə, bura tənzim olunmayan qaydada insanlar gəlib, göl ətrafında kef məclisləri qurub, ətrafı zibilləyib, tonqal qalayıb, meşələri qırıb, suyu çirkləndiriblər:

“Bu səbəbdən 2008-ci ildə Göygöl Milli Parkı yarandı. Ekologiya və Təbii Sərvətklər Nazirliyinin əsas funksiyası Göygölü mühafizə etmək olub və bu gün də o funksiyanı daşıyır. Mühafizə, təbiəti bərpa etmək, göldə, meşələrdə bərpa prosesinin getməsi üçün bir müddət parka giriş məhdudlaşdırıldı. Bu müddət ərzində Göygöldə elmi-tədqiqat işləri də aparıldı, eyni zamanda təbii bərpa prosesi də getdi”.

H.Əlizadə vurğulayıb ki, artıq dünəndən etibarən ziyarətçilər məhdud tənzimləmə yolu ilə Göygöl Milli parkına daxil olurlar:

“Göygöl Milli Parkı birdən-birə kütləvi sürətdə ziyarətçiləri qəbul etmək iqtidarında deyil. Əgər belə kütləviliyə yol verilsə əvvəlki proseslərə qayıtmış olacağıq və nəticədə Milli Parkın ərazisi, Göygölün füsunkar mənzərəsi yenidən tapdaq altında qala bilər. Ona görə Milli Parkın mühafizə rejiminə uyğun olaraq müəyyən məhdudiyyətlər və tənzimləmə həyata keçirilməsi zəruriləşib. Bu o deməkdir ki, əvvəllər olduğu kimi ziyarətçilər özbaşına və heç bir nəzarət olmadan ərazidə tonqal qalayıb kabab çəkə bilməzlər. Meşəni tullantılarla çirkləndirə bilməzlər. Bunlar nəzərə alınaraq ziyarətçilərin bütün təbəqələri üçün müvafiq ifrastruktur və şərait yaradılıb. Orada özəl təşkilatlar müxtəlif təbəqəli insanlar üçün, onların maddi vəziyyətlərinə uyğun restoranlar, otellər açıblar. Artıq insanlarımız, həm təbiətdən zövq ala biləcək, həm də ictimai-iaşə məqsədilə istifadə edə biləcək”.

H.Əlizadə park ərazisində tursitlər üçün bələdçilərin, xüsusi marşrutların olduğunu da qeyd edib:

“Göygöl Milli Park statusuna malik olan ərazidir. İnsanlarımız üçün maarifləndirici xüsusiyyət daşıyır. Bələdçilərimiz var, turistlərin şüurlu sürətdə müəyyən edilmiş marşrutlarla gəzintisinə icazə verilir. Yoxsa turistin özbaşına harada istədi gəzməsi, ocaq qalaması yolverilməzdir. Göygöl gözəl təbiət abidəsindən əlavə, Gəncə şəhərinin su mənbəyidir. Oranın mühafizəsi strateji əhəmiyyətli məsələdir. Bələdçilərimiz, insanlar  arasında maarifləndirici vərəqələr paylayacaq və təbliğat işləri aparacaqlar”.

ETSN nümayəndəsinin sözlərinə görə, Göygöl Milli Parkına Nazirlər Kabinetinin 21 aprel 2015-ci aprel qərarına əsasən 2 manat ödəniş etməklə daxil olmaq mümkündür.

Hikmət Əlizadə Azərbaycan vətəndaşlarına müraciət də edib: “Ora gedən insanlar diqqətli olsunlar. Biz əgər Göygölü Azərbaycanın simvolu hesab ediriksə orada artıq hərəkətlərə yol verməməliyik. Və birinci növbədə oranın mühafizəsini düşünməliyik”. (modern.az)

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Quduzluq peyvəndi olmadan sağ qalan qadının hekayəsi tibb dünyasını təəccübləndirib

Quduzluq simptomlar göründükdən sonra demək olar ki, ölümlə nəticələnən xəstəlik kimi tanınır. Ancaq bu qaydanı pozan Jeanna Giese adlı qadın olub.   G...

Milad hədiyyəsi: 75 ildən sonra bioloji qardaş və bacısını tapdı

Buffalo, Nyu-York (ABŞ) şəhərindən olan 75 yaşlı Dikson Handshaw bütün həyatı boyu özünü yeganə uşaq hesab edib. Amma bu yay onun həyatı tamamilə dəyişib, çünki...

Çovğun, qar, qasırğa: Balkanlarda qar fırtınası səbəbindən 100 min ev işıqsız qalıb - FOTOLAR

24 dekabr 2024-cü ildə Bosniya və Herseqovinanı qar fırtınası bürüyüb. Teslica kəndinin dağlıq ərazisini örtən bir metr uzunluğunda qar uçqunu vurmaq üçün xüsus...

Avtobusda sprey qutusu ilə pivə şüşəsini açdı: 13 nəfər yaralandı

Almaniyada Volfsburqdan olan 22 yaşlı gənc avtobusda böcək əleyhinə spreydən istifadə edərək bir şüşə pivə açmağa çalışıb. Hadisə faciə ilə nəticələnib. Sfer...

Musiqi iş yerində məhsuldarlığı artırır - Alimlərdən yeni TƏDQİQAT

Beynəlxalq tədqiqatçılar qrupu iş zamanı musiqi dinləyərkən insanın fərdi xüsusiyyətlərinin onun məhsuldarlığına necə təsir etdiyini müəyyən edib. Sfera.az x...

İstanbuldan Moskvaya uçan təyyarə geri qayıtdı - Nə baş verir?

Türk Hava Yollarının (THY) TK415 nömrəli İstanbul-Moskva (Vnukovo) reysi naməlum səbəbdən Polşa hava məkanı üzərindən geri dönərək İstanbula qayıdıb.   ...