Unibank-dan yüksək faizli depozit kampaniyası

Əgər faizləri depozit hesabı açan gün götürmək istəyirsinizsə, bankın manat valyutasında "Faizlər əvvəlcədən” adlı əmanət növündən istifadə edə bilərsiniz. Əmanətin illik faiz dərəcəsi 9%-dir.
Unibankda əmanət hesabı açmaqla, hansı üstünlükləri qazanırsınız?
-Ölkənin stabil inkişaflı və mənfəətli bankının 1 milyondan artıq müştərisindən biri olursunuz;
-Bazarda çox sərfəli depozit faizləri əldə edirsiniz (maksimum 13%-dək);
-Depozitiniz Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunur;
-Vəsaitiniz daha təhlükəsiz ünvanda saxlanılaraq, sizə illik artım gətirir.
Vəsaitinizi qorumağın və artırmağın ən yaxşı, təhlükəsiz və gəlirli üsulu depozit hesabı açmaqdır. Unibankın depozit kampaniyasında iştirak edərək, özünüzün və övladlarınızın gələcəyini indidən təmin edin!
Qeyd edək ki, Əmanətlərin Sığortalanması Fondununqərarı ilə qorunan əmanətlərin yuxarı həddi15% təşkil edir və Unibanka yerləşdirilən bütün əmanətlər sığortalanır.
Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (//www.unibank.az/az/deposits/index ) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az, //twitter.com/unibank) və Unibankın filiallarından əldə etmək olar.
Unibank- hər kəsin bankı!
Unibank haqqında
Azərbaycanın iki aparıcı özəl bankı – "MBANK” (1992) və "PROMTEXBANK”-ın(1994) 2002-ci ildə birləşməsi nəticəsində Unibank adı altında fəaliyyətini davam etdirən bank, ölkədə ən iri maliyyə təsisatlarından biridir. Öz maliyyə göstəricilərinə görə, Unibank ölkə bank sektorunun aparıcıları siyahısına daxildir. Bank müxtəlif mülkiyyət formasına və fəaliyyət istiqamətlərinə aid olan korporativ və fərdi müştərilərə xidmət göstərir. Dünyanın nüfuzlu maliyyə qurumlarından olan Avropa Yenidənqurma və İnkişaf Bankı Unibankın səhmdarları sırasındadır. Bankın paytaxtda və regionlarda geniş xidmət şəbəkəsi mövcuddur. Bank 25 ildən artıq fəaliyyəti dövründə uğurlu kommersiya fəaliyyəti və sosial layihələrdə iştirakına görə bir çox beynəlxalq və yerli təşkilatlar tərəfindən çoxsaylı mükafatlara layiq görülüb.