Logo

Biləcəri qəsəbəsinə gedən avtomobil yolunu su basıb

Biləcəri qəsəbəsinə gedən avtomobil yolunu su basıb
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bakıda magistral su xəttində qəza baş verib. Bu barədə  "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı məlumat verib.

Qurumun sözçüsü bildirib ki, hadisə paytaxtın Binəqədi rayonu ərazisində, "Motodrom" yaşayış massivi adlanan hissədə baş verib: "Magistral su kəmərində qəfil qəza baş verib. Dərhal "Azərsu"nun qəza briqadası hadisə yerinə cəlb edilib, su kəsilib".

"Hazırda bərpa işləri davam etdirilir. Günün sonuna qədər bərpa işləri başa çatdırılacaq" - deyə A.Cəbrayıllı əlavə edib.

Qeyd edək ki, hadisə bu gün səhər saatlarında baş verib.

Nəticədə Bakı Beynəlxaq Avtovağzal Kompleksindən Biləcəri qəsəbəsinə gedən avtomobil yolunu su basıb, yolda avtomobillərin hərəkəti çətinləşib.sputnik.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR