İpoteka ilə bağlı yeniliklərin tarixi açıqlandı

İpoteka ilə bağlı yeniliklərin tarixi açıqlandı
İpoteka kreditlərinin məbləğinin artırılması, faizlərin aşağı salınması ilə bağlı yeniliklərin tətbiq olunacağı tarix açıqlanıb. 

Sfera.az ANS TV-yə istinadən xəbər verir ki, Mərkəzin Bankın elan etdiyi ipoteka yenilikləri bu ilin payızında qüvvəyə minəcək. Yeni qaydaların tətbiqi üçün ilk növbədə qanunvericiliyə dəyişiklik edilməlidir. 

Parlament isə bu məsələyə payız sessiyasında, sentyabrda baxacaq. Banklar ümid edirlər ki, bu proses sürətli olacaq.

“İpoteka haqqında qanuna dəyişiklik olmalıdır. Bu, ipotekanın faizi, həcminin artırılmasını nəzərdə tutan dəyişiklikdir. Bu prosesdə banklar bir növ vasitəçi rolunu oynayır”, - deyə Banklar Assosiasiyasının sədri Zakir Nuriyev bildirib.

İlkin məlumatlara görə, dəyişikliklər ipotekanın maksimum məbləğinin indiki 50 min manatdan 100 min manata qalıdırlmasını, faizlərin isə adi ipotekada 6%-ə, sosial ipotekada isə 3%-ə endirilməsini nəzərdə tutur.

Digər kreditlərin faizlərinə gəlincə, ilin sonuna kimi burda da eniş ola bilər. Amma bankirlər bəzi problemlərinin həll olunmasını vacib sayır.

“Məhkəmə proseslərinin daha sadə olması, girovun reallaşdırılmasının sürətlənməsi risk marjasını və vəsaitin maya dəyərini aşağı salır. Əgər ilin sonuna kimi bununla bağlı qanunvericiliyə dəyişiklik edə bilsək, onda indikindən də aşağı həddə olacaq”, – deyə Zakir Nuriyev qeyd edib.

Hazırda Mərkəzi Bank istehlak kreditləri üçün maksimum 29%, mikro kreditlər üçün 25% yuxarı hədd müəyyən edib. Bu qərar bank rəhbərləri ilə birgə keçirilən görüşdə verilib.


OXŞAR XƏBƏRLƏR

Kruiz səyahət üçün hər şeyini satdı: Gəmidən qovuldu

Amerikalı Cenni Feniks üç illik 350.000 dollarlıq səyahətə çıxmaq üçün demək olar ki, əlində-ovcunda olan hər şeyini satıb. Lakin sonda o, “Villa Vie Odys...

"Stressə spirtlə qalib gəlməyin, əks halda..." - Həkimdən XƏBƏRDARLIQ

Stressi spirtlə aradan qaldırsanız, beyin özü onu təhrik etməyə başlayacaq.   Sfera.az xəbər verir ki, bunu psixiatr, narkoloq, psixoterapevt Sergey ...

12 yaşlı uşaq atasının həyatını xilas etmək üçün 200 kiloqramlıq ayını vurub - FOTO

ABŞ-da 12 yaşlı Owen (Ouen) Beyerman ov edərkən atası Rayanı 200 kiloqramlıq nəhəng ayının hücumundan xilas edib.   Sfera.az bildirir ki, Ouen Beyerm...

Turist qız cənnət adasında 2 ay pulsuz yaşayıb - FOTOLAR

27 yaşlı Alman Sirirat Nensewicz Avstraliyanın Kvinslend sahillərində 18 hektarlıq Balqabaq adasında iki ay yaşayıb. Avstraliyaya təyyarə bileti üçün pul yığmaq...

Mamontların nəsli buna görə kəsilibmiş... - TƏDQİQAT

Rusiya, İsrail və İtaliyadan olan kimyaçılar və zooloqlar qrupu yunlu mamontların nəsli kəsilməsinin səbəblərindən birinin allergiya olduğuna dair sübutlar tapı...

Bu avtobusun yolu dəyişdirilir

Paytaxt yollarında aparılan təmir işləri ilə əlaqədar sentyabrın 19-dan Süleyman Əhmədov küçəsinin 8 Noyabr prospekti ilə birləşən hissəsində nəqliyyat vasitələ...