Logo

Nazir məktəbi yoxladı – Direktor işdən çıxarıldı

Nazir məktəbi yoxladı – Direktor işdən çıxarıldı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Təhsil Nazirliyi Yasamal rayonunda yerləşən 158 nömrəli orta məktəbdə yoxlamalar aparıb. 

Sfera.az aznews.az-a istinadən xəbər verir ki, yoxlamalar nəticəsində məktəbdə bəzi qanun pozuntuları aşkarlanıb. Nəticədə məktəbin direktoru Zemfira Səmədova işdən çıxarılıb.

Faktı 158 nömrəli məktəbdən təsdiqləyibilər. Bildiriblər ki, həqiqətən də yoxlamalar aparılıb, amma direktorun vəzifədən azad edilməsi aşkarlanan nöqsanlarla bağlı olmayıb. O, yaş senzinə görə vəzifədən kənarlaşdırılıb.

Bildirdilər ki, hazırda direktor vəzifəsini müvəqqəti olaraq Zərifə adlı şəxs icra edir.

Qeyd edək ki, 158 saylı məktəb əsaslı təmir və yenidənqurmadan sonra 2013-cü ildə istifadəyə verilib. Prezident İlham Əliyev məktəbin açılışında iştirak edib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR