Logo

Qarabağ savaşında ayağını itirən məmur öldü

Qarabağ savaşında ayağını itirən məmur öldü
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Siyəzəndə vəzifəli şəxs qəfil dünyasını dəyişib. Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Siyəzən rayon şöbəsinin rəisi Cahangir İbrahimov ötən gün səhər saatlarında yaşadığı evdə özünü pis hiss edib. Dərhal ailə üzvləri tərəfindən Siyəzən regional müalicə dioqnostika mərkəzinə aparılıb. Lakin rəis xəstəxanaya çatmamış - yolda keçinib.

Polkovnik-leytenant Cahangir İbrahimov Qarabağ müharibəsi veteranı olub. O, iştirak etdiyi döyüşlərdən birində ayağını itirmişdi.

C. İbrahimovun qəfil ürək tutmasından öldüyü bildirilir. Mərhum ölümündən bir gün öncə məzuniyyətdən qayıtmışdı.

O, doğulduğu Lənkəran rayonunda dəfn edilib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR