Elməddin ikinci dəfə bu xanımla evləndi - FOTO
ATV telekanalının tanınmış teleaparıcısı Aysel Nazim "Bacanaqlar" serialında çəkilib. O bu haqda Milli.Az-a açıqlama verib. ""Bacanaqlar" serialına mənə Elməddindən dəvət gəldi. Serialda baş rollardan birini, Talehin, yəni Elməddinin ikinci həyat yoldaşı rolunu oynayacağam. Baş rol olduğu üçün uzun müddət çəkiləcəyəm. Artıq keçən həftə ilk çəkilişi etdik. Uğurlu çəkiliş oldu. İlk dəfədir ki, komik rolda oynayıram, yaxşı, yaxud pis alındığını tamaşaçılar deyə bilərlər. Çox gözəl kollektivlə birlikdə çalışıram. Məni çox gözəl qarşıladılar, sanki neçə illərdir onlarla birlikdəyəm. Bu kollektiv sanki bir ailədir, hamı bir-birinə qarşı diqqətli və hörmətlidir. Bu ailəyə daxil olduğum üçün çox məmnunam", - deyə teleaparıcı bildirib. Qeyd edək ki, teleaparıcı Aysel Nazim yaxın aylarda efirə yeni layihəsi ilə qayıdacaq. Sfera.az






