Növbəti "ağac soyqırımı" - XƏTAİDƏ - FOTO
Kateqoriya məlum deyil
Bakının Xətai rayonu, Məhəmməd Hadi küçəsində ağaclar olan ərazidə çoxmənzilli yaşayış binası inşa olunur. Binanın tikintisi gedən ərazidə ağaclar qurudulub.
Ümid edirik ki, aidiyyatı orqanlar ağaclar kəsilməmiş və qurumamış hərəkətə keçəcək.
Qeyd edək ki, bir neçə gün öncə mediada Nəsimi rayon İcra Hakimiyyətinin göstərişi ilə "Memar Əcəmi" metrostansiyasının yaxınlığındakı ərazidə yaşıllıqların məhv edilməsi və kəsilmiş ağacların yerində obyekt tikilməsi barədə materiallar yayılmışdı.









