Qarpız daşıyan “QAZel” aşdı: Deputatın köməkçisi öldü - FOTO + YENİLƏNİB

Qarpız daşıyan “QAZel” aşdı: Deputatın köməkçisi öldü -  FOTO + YENİLƏNİB
Faktla bağlı araşdırma aparılır

Salyanda baş verən yol-nəqliyyat hadisəsində ölən şəxs  deputatın köməkçisi olub.

Avtosfer.az xəbər verir ki, bu barədə apa-ya məlumat verən deputat Fəzail Ağamalı bildirib ki, onun köməkçisi Həsənbala Həsənovun idarə etdiyi “Opel” markalı maşın yük avtomobili ilə toqquşub.

Nəticədə köməkçisi aldığı xəsarətdən dünyasını dəyişib. 

Mərhum Salyanda dəfn ediləcək.

 

12:40

 

Azərbaycanın Salyan rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az xəbər verir ki, şahidlərin apa-ya verdiyi məlumata görə, hadisə rayonun Xıdırlı kəndi ərazisində qeydə alınıb. “Opel” markalı minik avtomobili qarpız daşıyan “QAZel” markalı yük maşını ilə toqquşub. Zərbənin təsirindən yük maşını aşıb, içindəki qarpızlar yola tökülüb.

Qəza nəticəsində minik avtomobilinin sürücüsü ölüb. Sərnişinlərindən bir qadın və bir uşaq olmaqla iki nəfər ağır xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, hazırda polis əməkdaşları hadisə yerində araşdırma aparır. Qəza nəticəsində ölən və yaralananların olub-olmaması barədə araşdırmalar başa çatandan sonra məlumat veriləcək.

Faktla bağlı araşdırma aparılır.(avtosifer.az)

Sfera.az

/file/articles/


OXŞAR XƏBƏRLƏR