Logo

Azərbaycanlıya Rusiya teatrında vəzifə verildi

Azərbaycanlıya Rusiya teatrında vəzifə verildi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Rusiyanın Sankt Peterburq şəhərindəki Mariinsk Teatrının rəhbəri Valeri Gerqiyev Eldar Əliyevi teatrın Primorsk səhnəsinin (Vladivostok şəhəri) baş baletmeysteri təyin edib.

Sfera.az APA-ya istinadən bildirir ki, bu barədə "vestikavkaza.ru" saytında məlumat verilib.

Eldar Əliyev 1957-ci ildə Bakıda anadan olub. Burda Xoreoqrafiya Məktəbini bitirdikdən sonra 1974-cü ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında işləməyə başlayıb. Sonra Sankt Peterburqa köçən E.Əliyev o vaxt Kirov adına olan indiki Mariinski Teatrında aparıcı solist vəzifəsində çalışıb. 2006-cı ildən başlayaraq Avropa, Asiya və Afrikadakı balet akademiyaları və qruplarında məsləhətçi olub.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR