Bürclər bu günə nə vəd edir?
Buğa- 2019-cu ilin bəxtinizə düşən ən uğurlu ayı artıq yetişib. Bunu özünüz də hiss edəcəksiniz. Xüsusən də günortadan sonra uğurlu məqamlarınız artacaq. Hər mənada diqqətli olun.
Əkizlər– Bu soyuq təqvim sizin üçün bir qədər mübahisəli keçə bilər. Odur ki, maksimum təmkin nümayiş etdirməyiniz vacibdir. Saat 15-18 radələrində təzə xəbərlər eşidəcəksiniz.
Xərçəng- Maddi durumunuzun dirçələcəyinə əmin ola bilərsiniz. Günün ikinci yarısında əsas vaxtınızı yalnız bu amilə ayırın. Ağlınız kəsməyən işlərə girişməyin. Axşam evə tez gedin.
Şir- İlin bu ilk ayı şəxsi taleyinizdə əsaslı rol oynayacaq. Konkret bu günsə təhlükəsizliyinizi təmin etməli, nəqliyyat və digər avadanlıqlarla ehtiyatlı davranmalısınız. Uzaq səfərə çıxmayın.
Qız - Yeni il ovqatı bu təqvimi əsasən istirahətə həsr etməyi məsləhət görür. Qonaqlıqlar, birgə gəzintilər, yaxın səfərlər sizə yalnız ruh yüksəkliyi gətirə bilər. Gecəni öz evinizdə keçirin.
Tərəzi– Ulduzların düzümü bu təqvimdə xoş məqamların şahidi olacağınızı bəyan edir. Lakin bunlar təxminən saat 15-dən sonra olacaq. O vaxta qədərsə maksimum ehtiyatlı olmalısınız.
Əqrəb- Dünəndən bürcünüzdə qərar tutan mənfi enerjili Ay səhhətinizlə bağlı problemlər yarada bilər. Buna baxmayaraq, nəzərdə tutduğunuz planların həlli üçün saat 13-ə qədər vaxtınız olacaq.
Oxatan- Ümumi məziyyətlərinə görə, düşərli gün hesab etmək olar. Bir tərəfdən maraqlı insanlarla görüşləriniz, digər tərəfdənsə şəxsi işlərinizdə baş qaldıran müsbət dönüş sizi sevindirəcək.
Oğlaq- Ötən ilin maliyyə problemlərinə görə özünüzü üzməməlisiniz. Çünki Göy qübbəsi bunun qısa zamanı əhatə edəcəyini bildirir. Axşam qonaq getmək üçün variantlardan birini işə salın.
Dolça- Əsas enerjinizi fəaliyyət istiqamətinə yönəldin. Boş məsrəflərə ciddi pul xərcləməyin. Hər hansı riskdən uzaq olun. Vaxt tapsanız, müqəddəs ziyarətgahlarımızdan birinə baş çəkin.
Balıqlar- Yanvarın gəlişi daxili tərəddüdlərinizi kifayət qədər səngidəcək. İşgüzar görüşlərdə iştirak etmək üçün böyük şanslarınız olacaq. Fəaliyyətinizdə də müvəffəqiyyətlər mümkündür.






