Logo

Bir şəklin tarixçəsi - “Berlin divarı”nın yıxılması kimi bir OLAY

Bir şəklin tarixçəsi - “Berlin divarı”nın yıxılması kimi bir OLAY
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Bir şəklin tarixçəsi” rubrikasındakı növbəti təqdimatı 31 dekabr tarixində baş vermiş o məşhur hadisəni əks elətdirir.

Zaman - 31 dekabr 1989-cu il... Məkan - Naxçıvan Muxrtar Respublikası – İranla sərhəd..

31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi gününün əsası 1989-cu il dekabrın sonlarında Sovet Azərbaycanı ilə İran sərhədlərinin dağıdılması zamanı qoyulub. İranla ozamankı Sovet Azərbaycanı arasında sərhədlərin sökülməsini əks etdirən bu şəkildə

uzun illər bir-birilə görüşə həsrət qalmış o taylı-bu taylı qardaşlar görüşüb-öpüşürlər.

O zaman "Berlin divarı”nın sökülməsi bütünlükdə dünyada yeni bir dəyişikliyə, tendensiyaya səbəb oldu, parçalanmış xalqların birləşməsi gündəmə gəldi. Parçalanmış xalqların birləşməsi ideyası Azərbaycanda da möhkəm kök salmışdı.

1989-cu ildə Azərbaycanda - Naxçıvan Muxrtar Respublikasının İranla sərhəddində o taylı-bu taylı azərbaycanlılar tikanlı sərhəd məftillərini söküb bir-birinə qovuşdular... Modern.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR