Logo

Jurnalistin ölümü ilə bağlı daha bir futbolçu tutuldu

Jurnalistin ölümü ilə bağlı daha bir futbolçu tutuldu
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Jurnalist Rasim Əliyevin ölüm işi ilə bağlı tutulanlardan daha biri sabiq futbolçudur. Sfera.az-ın xəbərinə görə, ötən gün haqqında həbs qəti imkan tədbiri seçilən 6 nəfərdən biri olan Camal Məmmədov 2013-cü ildə futbolçu karyerasını başa vurub.

Karyerası ərzində "Standart", "İnter", "Karvan", "Turan" kimi klublarda top qovan Camal Məmmədov futzal üzrə Azərbaycan millisinin də şərəfini qoruyub. 

Xatırladaq ki, avqustun 8-də Bakı şəhər sakini Əliyev Rasim Məmmədəli oğlu paytaxtın Bayıl qəsəbəsi ərazisində bir qrup naməlum şəxs tərəfindən döyülərək çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib və avqustun 9-da orada vəfat edib.

Fakt üzrə Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılaraq prokurorluq və polis əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.(atv)Jurnalistin ölümü ilə bağlı daha bir futbolçu tutulduJurnalistin ölümü ilə bağlı daha bir futbolçu tutulduJurnalistin ölümü ilə bağlı daha bir futbolçu tutulduJurnalistin ölümü ilə bağlı daha bir futbolçu tutuldu

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR